
Korrupsiyaya bulaşmış siyasətçilər Bakıya mane ola bilməyəcəklər - RƏY
"Avropa Parlamenti, ATƏT və eyni zamanda digər beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili siyasətlərini davam etdirir".
"Avropa Parlamenti, ATƏT və eyni zamanda digər beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili siyasətlərini davam etdirir".
Bu fikirləri Gundem.today-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov Okamponun Azərbaycana qarşı fəaliyyətini şərh edərkən deyib.
O bildirib ki, ölkəmizə qarşı həm keçmiş siyasətçilər, həm də hazırda fəaliyyət göstərən diplomatlar təbliğat aparırlar:
"Bunlar erməni lobbisinin dəstəyi ilə rəsmi Bakıya qarşı fəaliyyət göstərir, müxtəlif ölkələrdə yerləşən maliyyə fondlarından vəsait alaraq ikili standartların formalaşdırılmasına töhfə verirlər. Onlar Azərbaycanın beynəlxalq müstəvidə siyasətini məhdudlaşdırmaq üçün mexanizmlərin yaradılması ilə məşğuldurlar. Həmin şəxslərin fəaliyyəti nəticəsində hesabatlarda "insan hüquqları", "söz azadlığı" ilə bağlı müddəalar yer alır. Təbii ki, bunlar Rusiyada, ABŞ-də fəaliyyət göstərən erməni lobbisinin gördüyü işlərin nəticəsidir. Fransa və digər ölkələrdə Azərbaycan əleyhinə qəbul olunan qərar və qətnamələr ermənilərin maraqlarına xidmət edir və orada nə birinci, nə də ikinci Qarabağ müharibəsində zərər görən həmvətənlərimiz barədə müddəalar yer alır".
E.Səfərov qeyd edib ki, bu birtərəfli məlumatlar Avropa siyasətçiləri və eyni zamanda erməni lobbisi tərəfindən hazırlanmış təxribatdır:
"Hələ pandemiya dövründə də Azərbaycan lobbisinin üzvlərinə qarşı hücumlar olmuşdu. Təbii ki, bu hücumların arxasında dayanan şəxslər var. Həmin şəxslər korrupsiyaya bulaşmış insanlardır. Azərbaycan isə bunu anlayır və onlara qarşı müvafiq addımlar atır. Biz istənilən təxribatlara hazırıq. Azərbaycan Çexiya, Macarıstan, Polşa, Böyük Britaniya, ABŞ, Çin və s. ölkələrlə münasibətləri gücləndirir, iqtisadi və enerji təhlükəsizliyini təmin edir. Buna isə lobbi maraqlarına xidmət edən siyasətçilər mane ola bilməyəcəklər".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətTÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib
TÜRKPA baş katibi Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərarına dair bəyanat yayıb.
SiyasətOkamponun gizli şəbəkəsi ifşa olundu: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır?
Son günlər Azərbaycan mediasında ən çox müzakirə olunan məsələlərdən biri də Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun ölkəmizə qarşı fəaliyyətidir. Yayımlanan videomateriallarda o, faktiki olaraq Bakıya qarşı kampaniyada iştirakını təsdiqləyir. Üstəlik, adıçəkilən şəxs Avropa institutlarında əlaqələrinin və komandasının olduğunu açıq şəkildə bildirir, Avropa diplomatiyasının keçmiş rəhbəri Jozep Borrel və onun çevrəsini xatırladır. Lakin ən diqqətçəkən məqam Avropa i
SiyasətAzərbaycan və İran xarici işlər nazirləri telefonla danışdılar - Xəbərlərin 20:00 buraxılışı
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Siyasət"Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası" təsdiq edilib
"Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası" təsdiq edilib.