Son dəqiqə
ABŞ və İran atəşkəsin detallarını razılaşdırırBakıda müharibə iştirakçısının meyiti tapıldıSemyon Slepakova qarşı cinayət işi açılıbİranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu: "Fərdlər gedir, amma sistem qalır"Məhkəmədə etiraf: "65 min manatı səhhətimə görə almışam"Öncədən ödə, rahat xəyanət et
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Öncədən ödə, rahat xəyanət et
Öncədən ödə, rahat xəyanət et
Cəmiyyət

Öncədən ödə, rahat xəyanət et

Bu gün
20:00
0 baxış
Paylaş:

Kubra Məhərrəmova yazır...

Kubra Məhərrəmova yazır...

Təzə xəbər tutduq ki, artıq Azərbaycanda xəyanətə görə mənəvi təzminat ödənilə bilər.

Məbləğ isə 10 000 və 20 000 manatdan çox olmamalıdır. Mövcud hüquqi yanaşmaya görə, həyat yoldaşının xəyanəti şəxsin ləyaqətinin və şəxsiyyət hüquqlarının pozulması kimi qiymətləndirilə və mənəvi təzminat tələbi ilə məhkəməyə çıxarıla bilər. Hüquqşünasların sözlərinə görə, iddiaçı məbləği özü müəyyən edə bilər. Amma bu rəqəm "fantastik" olmamalıdır.

Bunu da qeyd edim ki, sübutlar qanuni üsulla əldə olunmalıdır. Şəxsi həyata müdaxilə etməklə, gizli yollarla əldə olunmuş materiallar bir çox hallarda sübut kimi qəbul edilməyəcək. Buradan da sual yaranır: kim öz əli ilə xəyanət sübutunu qarşı tərəfə verər? Azərbaycan qanunvericiliyinə görə gizli çəkiliş və səsyazma "şəxsi həyata müdaxilə" sayılır. Yəni xəyanəti sübut etmək istəyən şəxs özü cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu halda isə "it də, ip də" gedəcək.

Vacib qeydi də diqqətinizə çatdırım ki, çox da sevinməyəsiniz. Bu qərar 2026-cı ildə edilən xəyanətlərlə bağlıdır, əvvəlki və keçmiş xəyanətlərə şamil olunmur. Təzminatdan əlinizi üzün. Çox da həvəslənməyin.

İndi keçək növbəti detallara.

Bəzi adamlara görə telefonla danışmaq, mesajlaşmaq, hətta sosial şəbəkələrdə kiməsə şərh yazmaq və ya "bəyənmək" belə xəyanət hesab oluna bilər.

Kiməsə görə münasibət qurmaq, kiməsə xoş söz demək xəyanət sayılır, başqasına görə isə bunların heç biri xəyanət deyil, yalnız fiziki yaxınlığı xəyanət hesab edir.

Bütün iddiaların da yaşamaq hüququ var.

Növbəti məsələ odur ki, tutalım "xəyanət" edən tərəfin bu məbləği ödəmək üçün maddi imkanları yoxdur. Onda bu məsələ necə tənzimlənəcək?

Daha maraqlı və bir o qədər də mübahisəli yanaşma isə budur, əgər şəxs xəyanətə baxmayaraq boşanmırsa, sadəcə hər dəfə on-iyirmi min manat pul qazanmaq istəyirsə, neçə dəfə məhkəmədə iddia qaldıra bilər?

Daha fantastik iddia: istənilən şəxs bu başdan həyat yoldaşına 100 000 manat təzminat verir və 10 dəfə xəyanət etmək "sertifikatı" alır. Təzminatın ödənilməsi də notarial qaydada həyata keçirilir ki, bir xəyanət üçün beş dəfə ödəniş olunmasın. Belə baxanda niyə də yox? Bu başdan ödəniş olunur və rahat, qorxusuz, həyəcansız xəyanət etmək olar.

Təbii ki, bunu ancaq maddi imkanı, sosial durumu yaxşı olan adamlar edə bilərlər. Kasıb adamlar da papağını qabağına qoyub düşünsünlər...

Azərbaycanda son beş ildə gənclər, istər qadın, istər kişilər evlənməyə can atmırlar. Bəziləri evliliyin insanın əlindən azadlığın alınması kimi, bəziləri sosial-mənəvi yükün çoxalması kimi, bəziləri isə artıq bu sosial quruluşun mənasız və köhnə olması kimi qəbul edir.

Gənclər daha çox öz inkişafına, karyeraya, təhsilə, dünyanı gəzməyə, yeni mədəniyyətlərlə tanış olmağa üstünlük verirlər.

Diqqət etsəniz artıq valideyn sözü institutu da işlək deyil. Çünki valideynlərin əlində olan həyat təcrübəsi keçmiş zaman üçün işlək idi, bu gün müasir dünyada onların nə sözü, nə də düşüncəsi işləmir.

Bəli, dünya texniki-elmi tərəqqiyə qədəm qoyduqca ailə institutu maraqlı və cazibədar gəlmir. Gənclərin dünyaya real və virtual açıq olması bu məsələni daha da gücləndirir. Çünki 30 il əvvəl mümkünsüz olan hər bir şey, indi bir düyməyə basmaq qədər əlçatandır.

Dünyanın inkişaf etmiş ölkələrində demoqrafik problemlər ən üst səviyyəyə qalxıb.

Yaponiya, Çin, Cənubi Koreyada xalq sürətlə qocalır, cavanlar isə nə evlənməyə, nə də uşaq dünyaya gətirməyə can atmırlar. Bu, bəzi Avropa ölkələri üçün də keçərlidir. Onların demoqrafik problemləri isə Yaxın Şərq ölkələrindən gələn qaçqınlar hesabına həll olunur.

Dünyada yeni fəlsəfi fikir formalaşıb - özün üçün və öz həyatın üçün yaşa. Bu düşüncənin zərərli və ya xeyirli olması barədə heç bir fikir yürütmürəm. Sadəcə faktları diqqətinizə çatdırıram.

Gələk 10 milyon əhalisi olan Azərbaycana. Son illər boşanma sayının çoxalması fonunda, rəsmi evlənənlərin də sayı get-gedə azalır. "Vətəndaş nikahı" və ya "partnyorluq sazişi" kimi alternativlər Azərbaycanda gizli şəkildə artır. Bu, həm də gələcəkdə məhkəmədə yarana biləcək mülk bölünmə problemlərinin də qarşısını alır.

Yəni qərara görə isə belə çıxır ki, qeyri-rəsmi nikahın daha bir üstünlüyü müəyyən olunur. Rəsmi möhür yoxdursa, təzminat da yoxdur! Bu, gəncləri rəsmi nikahdan daha da uzaqlaşdıracaq.

Üstəgəl son bir neçə ildə Azərbaycanın artım tempində azalma müşahidə olunur. 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub. 2015-ci ildə orta məktəblərdə 1.5-1.6 milyon uşaq təhsil alırdısa, bir neçə il sonra məktəblərdə təhsil alan uşaqların sayı bir milyon olacaq.

Rəqəmlər heç də ürəkaçan deyil. İndi isə bu faktorun üstünə bu ildən qüvvəyə minən xəyanət təzminatını da gəlsək, proses daha da sürətlənəcək.

Heç kim durduq yerdə 10 000 - 20 000 manat xərcə düşmək istəməz. Çünki bu elə bil məsələdir ki, qırmızı işıqda keçmək cəriməsi deyil. Rəngə görə, sürətə görə, işığa və formaya görə dəyişə bilər.

Sonda isə çox vacib və ritorik sual yaranır: xəyanətin

#Cəmiyyət#Kubra_Məhərrəmova#Azərbaycan#Çin#Azərbaycan_Respublikası#Sosial_şəbəkələr

Oxşar Xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Bakının üç rayonunun bəzi ərazilərində qaz olmayacaqCəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Bakının üç rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi hissəsində qaz təchizatında fasilələr olacaq.

Bu gün
19:360
Yüzlərlə heyvan sığınacaqdan çıxarıldı: "Bu qədər iti hara aparım?!" - VİDEOCəmiyyət

Yüzlərlə heyvan sığınacaqdan çıxarıldı: "Bu qədər iti hara aparım?!" - VİDEO

Zaqatalada fəaliyyət göstərən heyvan sığınacağının bağlanma təhlükəsi ilə üzləşməsi narahatlıq yaradıb.

Bu gün
18:041
Bakı WUF13-ə hazırlaşır: Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq?Cəmiyyət

Bakı WUF13-ə hazırlaşır: Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq?

17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.

Bu gün
17:511
Dövlət agentliyinə yeni departament müdiri təyin edilibCəmiyyət

Dövlət agentliyinə yeni departament müdiri təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) yeni kadr təyinatı olub.

Bu gün
17:521