
Bakı WUF13-ə hazırlaşır: Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq?
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.
Gundem.today xəbər verir ki, bununla əlaqədar, WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək monitorinq çərçivəsində aprelin 11-dən 12-nə keçən gecə saat 01:30 - 03:30 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.
Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Nəzərinizə çatdıraq ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi istiqamətlərində hərəkət edən ekspres avtobus marşrutu fəaliyyətinə normal qaydada, maneəsiz davam edəcək.
Qeyd edək ki, WUF13-dən əvvəl keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətYüzlərlə heyvan sığınacaqdan çıxarıldı: "Bu qədər iti hara aparım?!" - VİDEO
Zaqatalada fəaliyyət göstərən heyvan sığınacağının bağlanma təhlükəsi ilə üzləşməsi narahatlıq yaradıb.
CəmiyyətDövlət agentliyinə yeni departament müdiri təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) yeni kadr təyinatı olub.
CəmiyyətTovuzda bazarda YOXLAMA - Ciddi nöqsanlar aşkarlandı - FOTO
Tovuz şəhərində M. Musayev küçəsində fəaliyyət göstərən "Nəsimi" firmasına məxsus ərzaq bazarında planlı yoxlama keçirilib.
Cəmiyyət367 nəfər Azərbaycandan deportasiya edilib
Bu ilin yanvar-mart aylarında 367 nəfər Azərbaycandan deportasiya edilib.