
OPEC+ ölkələri neft hasilatının həddi ilə bağlı razılığa gəldilər
OPEC+ alyansına daxil olan yeddi ölkə iyun ayında neft hasilatının yuxarı həddini sutkada 188 min barel artırmaq barədə razılığa gəlib.
OPEC+ alyansına daxil olan yeddi ölkə iyun ayında neft hasilatının yuxarı həddini sutkada 188 min barel artırmaq barədə razılığa gəlib.
Gundem.today "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu, Birləşmiş Ərəb Əmirliklərinin alyansdan çıxmasından sonra qəbul edilən ilk qərardır.
Müvafiq qərar Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın iştirakı ilə keçirilən onlayn konfransda qəbul edilib.
Dərc olunmuş rəsmi cədvələ əsasən, Rusiya iyun ayında neft hasilatını may ayı ilə müqayisədə sutkada 62 min barel artıraraq 9,8 milyon barelə çatdıra biləcək. Səudiyyə Ərəbistanına isə hasilatı sutkada 188 min barel artıraraq 10,3 milyon barelə çatdırmağa icazə verilib ki, bu da yeddi ölkə arasında ən yüksək göstəricidir. Ən aşağı hasilat kvotası isə Omanın payına düşür - bu ölkə iyun ayında sutkada 826 min barel neft hasil edə biləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaFilippində vulkan püskürməsi: On minlərlə ailə təhlükə altında - VİDEO
Filippinin Luzon adasının cənub-şərqindəki Mayon vulkanının püskürməsinin nəticələri 30 500 ailəyə təsir edib.
Dünyaİsrail ABŞ-dən "F-35" və "F-15IA" qırıcıları alacaq
İsrail Hərbi Hava Qüvvələri ABŞ istehsalı olan "F-35" və "F-15IA" qırıcı təyyarələrindən ibarət iki yeni eskadrilya alacaq. Təyyarələrin bu iki böyük partiyasının alınması silahların satınalması üzrə nazirlər komissiyası tərəfindən təsdiq edilib.
DünyaSEPAH ABŞ-yə ultimatum verdi
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın bəyanatlarına cavab olaraq Vaşinqtonun çıxılmaz vəziyyətdə olduğunu iddia edib.
DünyaHindistanda zənciri qopan fil mərasim zamanı dəhşət saçdı: Ölən var - VİDEO
Hindistanın Kerala ştatında Mahavişnu hindu məbədində keçirilən xeyir-dua mərasiminə gətirilən fil zəncirdən qoparaq talan törədib.