
ABŞ-də faciə: İdman komandasının üzvləri təyyarə qəzasında həlak oldular
ABŞ-də piklbol üzrə idman komandasının üzvləri turnirə gedərkən təyyarə qəzası nəticəsində həlak olublar.
ABŞ-də piklbol üzrə idman komandasının üzvləri turnirə gedərkən təyyarə qəzası nəticəsində həlak olublar.
Gundem.today xəbər verir ki, bu barədə "Amarillo Pickleball Club" idman klubu məlumat yayıb.
İdmançılar Texas ştatının Amarillo şəhərindən Nyu-Braunfelsdə yerləşən "Cranky Pickle" klubuna yollanırmışlar. Göyərtədə olan beş nəfərin - komandanın dörd üzvü və pilotun - hamısı həyatını itirib.
İlkin məlumata görə, təyyarədə havada olarkən texniki nasazlıq yaranıb. Aviadispetçer qəzadan əvvəl hava gəmisinin qeyri-adi manevrlər etdiyini, daha sonra isə radarlardan itdiyini bildirib. "Metro" nəşrinin məlumatına görə, baş vermiş faciə ilə əlaqədar turnir ləğv edilib.
Qeyd edək ki, piklbol tennis, badminton və stolüstü tennis elementlərini özündə birləşdirən idman növüdür və adətən daha kiçik meydançada oynanılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Bakı Marafonu 2026"da yarış başa çatdı - FOTO
Bu gün saat 10:00-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən "Bakı Marafonu 2026"da yarış başa çatıb. Bir qədər sonra "Sea Breeze" ərazisindəki finiş zonasında da qaliblərin mükafatlandırılması mərasimi olacaq.
İdmanFiniş xəttini birinci keçən idmançı Əhməd Alkanoğlu: "Bakı Marafonu"nda qalib olmaq böyük xoşbəxtlikdir"
"Daha əvvəl Bakıda yarı marafonu qazanmış idmançı kimi yenidən burada - "Bakı Marafonu"nda qalib olmaq mənim üçün böyük xoşbəxtlikdir".
İdman"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşdi - FOTO
Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"nın qalibi müəyyənləşib.
İdmanİlham Məhərrəmov: "Marafonda iştirak etməkdən məmnunuq"
"Yarış barədə təəssüratlarımız çox yaxşıdır".