
"OpenAI" məhkəməsi: İlon Mask Sem Altmanı təşkilatı mənimsəməkdə günahlandırır
"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask "OpenAI" şirkətinin icraçı direktoru Sem Altmana qarşı qaldırdığı məhkəmə işinin ilk iclasında çıxış edib. Bu proses, hər iki şəxs süni intellekt sahəsində rəqib şirkətlərə rəhbərlik etməzdən əvvəl yaranmış uzunmüddətli ixtilafın ən yüksək həddi hesab olunur.
"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask "OpenAI" şirkətinin icraçı direktoru Sem Altmana qarşı qaldırdığı məhkəmə işinin ilk iclasında çıxış edib. Bu proses, hər iki şəxs süni intellekt sahəsində rəqib şirkətlərə rəhbərlik etməzdən əvvəl yaranmış uzunmüddətli ixtilafın ən yüksək həddi hesab olunur.
Gundem.today-ın xəbər verir ki, bu barədə "The New York Times" nəşrində məqalə dərc olunub.
Maskın sözlərinə görə, Sem Altman birgə yaratdıqları süni intellekt müəssisəsinin ilkin xeyriyyəçi və humanist prinsiplərinə sadiq qalmayıb. Biznesmen "OpenAI" şirkətinin onun maliyyə vəsaitlərindən, tövsiyələrindən, kadr cəlbi sahəsindəki fəaliyyətindən və şəxsi əlaqələrindən yararlandığını vurğulayıb. Bunun müqabilində o, 134 milyard dollar məbləğində təzminat istəyir.
Məşhur milyarder məhkəmədə süni intellekt texnologiyalarına da münasibət bildirib. O bu texnologiyanı "bütün xəstəliklərə son qoyub bəşəriyyəti inkişaf etdirə biləcək və ya hamımızın sonunu gətirəcək" ikitərəfli bir silaha bənzədib. Maskın qənaətinə görə, dünyanın gələcəyi "Ulduz yolu" və ya "Terminator" filmlərindəki ssenarilər üzrə formalaşa bilər. O əlavə edib ki, dünyanı ikinci ssenaridən qorumaq və birinci yola yönəltmək məqsədilə vaxtilə "OpenAI" şirkətinin həmtəsisçiləri sırasında yer alıb.
Çıxışı zamanı Mask Sem Altmanla "OpenAI" şirkətinin xeyriyyə fondu qismində fəaliyyət göstərməsi ilə bağlı ilkin müzakirələrini də xatırladıb. O bildirib ki, qurumun rəsmi nizamnaməsində "heç bir şəxsin bu fəaliyyətdən şəxsi qazanc götürməməli olduğu" xüsusilə vurğulanıb. İş adamı prosesdə Sem Altmanı "bu qeyri-kommersiya təşkilatını mənimsəməkdə" ittiham edib:
"Əgər məhkəmə qərarı ilə xeyriyyə təşkilatlarının bu cür mənimsənilməsinin qanuni olduğu təsdiqlənərsə, onda ABŞ-nin bütün qeyri-kommersiya sistemi çökəcək".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAlmaniyada Rusiya kəşfiyyatına işləməkdə şübhəli bilinən Qazaxıstan vətəndaşı tutuldu
Almaniya Federativ Respublikasının Baş Prokurorluğu Berlində yad ölkənin kəşfiyyat orqanları ilə əməkdaşlıq etməkdə təqsirləndirilən Qazaxıstan vətəndaşının xüsusi əməliyyat nəticəsində saxlanıldığını elan edib.
DünyaMakron Böyük Britaniya kralının fikrlərini dəstəklədi - FOTO - VİDEO
Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniya Kralı III Çarlzın Ağ Evdə ABŞ Prezidenti Donald Trampa "Əgər biz olmasaydıq, o zaman siz özünüz fransızca danışmalı olardınız" cavabına reaksiya verib.
DünyaSAXAL Livanda "Hizbullah"ın silah anbarını tapdı - FOTO - VİDEO
İsrail Müdafiə Ordusu (SAXAL) Livan ərazisində "Hizbullah" təşkilatına məxsus silah-sursatla dolu atəş mövqeyi və minalanmış çuxur aşkar edib.
DünyaKrasnodarda ermənilərin başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı əməliyyat
Krasnodarda (Rusiya) mütəşəkkil cinayətkar dəstəyə qarşı qaldırılmış cinayət işi ilə əlaqədar axtarışlar aparılıb.