
"Sabah" - "Karvan-Yevlax" matçının əvəzi ağır oldu: Hər iki klub cərimə ödəyəcək
AFFA İntizam Komitəsi "Sabah" klubunu ümumilikdə 7 500 manat məbləğində cərimələyib.
AFFA İntizam Komitəsi "Sabah" klubunu ümumilikdə 7 500 manat məbləğində cərimələyib.
Gundem.today xəbər verir ki, "Karvan-Yevlax"la keçirilən qarşılaşmanın 64-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alan Aleksey İsayev ikioyunluq cəza ilə üzləşib.
Bu hadisəyə görə klub əlavə olaraq 1 000 manat cərimə olunub.
Bundan başqa, matç başa çatdıqdan sonra meydana kənar şəxsin daxil olması və bu halın mövsüm ərzində üçüncü dəfə təkrarlanması səbəbindən "bayquşlar" daha 6 500 manat cərimə ödəyəcəklər.
Qarşı tərəfdə də - "Karvan-Yevlax" cəzadan yayınmayıb. Komandanın futbolçusu Qavi Tompson ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün biroyunluq cəza alıb. Klub isə bu epizoda görə 500 manat məbləğində cərimələnib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAvropa nəhənglərinin maraq göstərdiyi müdafiəçi "Qarabağ"ın "radar"ında - FOTO
"Qarabağ" klubu 26 yaşlı portuqaliyalı mərkəz müdafiəçisi Juan Qulartın transferi ilə maraqlanır.
İdman"Atletiko Madrid"in "Arsenal"la oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilir.
İdmanAFFA "Sumqayıt"ı yüksək məbləğdə CƏRİMƏLƏDİ
AFFA-nın İntizam Komitəsi "Sumqayıt" klubunu 12 500 manat məbləğində cərimələyib.
İdmanAzarkeşlərin intizamsızlığı səbəbindən "Neftçi" və "Qarabağ" cərimələndi
"Neftçi" klubu azarkeşlərinin intizamsızlığına görə ümumilikdə 13 min manat məbləğində cərimə ilə üzləşib.