Son dəqiqə
"Fənərbağça"dan yarımçıq qalmış transfer həmləsi - FOTOKİV: İran gəmilərin Hörmüz boğazından keçidini dayandırdıBakıda QƏRİBƏ OLAY: Məhkəmədən həbs olunmasını istədiSəudiyyə Ərəbistanının əsas ixrac neft kəməri dron hücumuna məruz qalıbAzərbaycanın iki gimnastı Avropa çempionatında finala yüksəlibBakı metrosunda sıxlıq belə ləğv olunur - GÖRÜNTÜLƏR
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Opera və Balet Teatrından ittihamlara CAVAB: "Xalq artistləri ilə əməkdaşlıq qonorar əsasında davam edə bilər"
Opera və Balet Teatrından ittihamlara CAVAB: "Xalq artistləri ilə əməkdaşlıq qonorar əsasında davam edə bilər"
Mədəniyyət

Opera və Balet Teatrından ittihamlara CAVAB: "Xalq artistləri ilə əməkdaşlıq qonorar əsasında davam edə bilər"

Bu gün
17:43
0 baxış
Paylaş:

"Son günlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının fəaliyyəti ilə bağlı müxtəlif müzakirələr aparıldığını nəzərə alaraq bildiririk ki, səsləndirilən məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakı məqamları diqqətə çatdırmaq zəruridir".

"Son günlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının fəaliyyəti ilə bağlı müxtəlif müzakirələr aparıldığını nəzərə alaraq bildiririk ki, səsləndirilən məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakı məqamları diqqətə çatdırmaq zəruridir".

Bu, Gundem.today-ın sorğusuna cavab olaraq teatrdan verilən məlumatda bildirilib.

Məsələ ilə bağlı qeyd edilib ki, ayrı-ayrı şəxslərlə bağlı qərarlar mövcud əmək münasibətləri, fəaliyyət xüsusiyyətləri və təşkilati zərurətlər nəzərə alınmaqla qəbul edilib:

"Xalq artisti Əvəz Abdullayev Azərbaycanı xaricdə layiqli şəkildə təmsil edən sənətçilərdən biridir. Daimi yaşayış yeri Almaniyadır. Bu səbəbdən onun teatr truppasında fasiləsiz əsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, bu kimi hallarda əməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsi daha məqsədəuyğun hesab olunur və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, vurğulamaq istərdik ki, Əvəz Abdullayevin sənətinə və peşəkar yaradıcılığına yüksək qiymət verilir və onun gələcək fəaliyyətində yeni uğurlara imza atacağına inam ifadə olunur. Onun Almaniyada işlədiyi "Nationaltheater Mannheim" teatrında Azərbaycanı layiqincə təmsil etməyinə əminliyimizi vurğulayırıq.

Xalq artisti Yalçın Adıgözəlov haqqında qeyd edirik ki, o, yüksək peşəkarlığı və sənətinə verdiyi töhfələrlə seçilən, böyük hörmət bəslənilən sənətkardır. O, Niyazı adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin olunduqdan sonra qarşılıqlı razılaşma əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı müqaviləsinə xitam verilib. Lakin onunla da mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, layihə əsaslı, müqavilə çərçivəsində, konkret çıxışlar üzrə qonorar prinsipi ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur".

"Teatrın solisti Atəş Qarayevə münasibətdə isə teatr tərəfindən müxtəlif dövrlərdə həm səmərəli yaradıcılıq fəaliyyəti, xüsusilə də 44 günlük Qarabağ müharibəsi veteranı olmağı aspektindən böyük həssaslıqla yanaşılıb və daim müvafiq dəstək göstərilib. O cümlədən Avstriyada, Qazaxıstanda, Rusiyada təşkil olunan müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə, layihələrdə iştirakı üçün hər cür zəruri dəstək göstərilib. Bununla yanaşı, əmək intizamı ilə bağlı teatrda son dövrlər ciddi islahatlar aparılmaqdadır. Keçirilən yoxlamalar nəticəsində məlum olub ki, 2025-ci ilin dekabr ayında 25 iş günündən yalnız 4 gün işdə olub, 2026-cı ilin yanvar ayında işdə heç olmayıb, fevral ayında isə 24 iş günündən 11 gün işdə olub. Bu səbəbdən dəfələrlə xəbərdarlıq edildikdən sonra, əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi tətbiq olunaraq əməkhaqqında müvafiq tutulma aparılıb", - deyə qurumdan vurğulanıb.

Teatrdan xatırladılıb ki, bu ilin yanvar ayında Oman Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasının premyerası baş tutub:

"Səhnə əsəri Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib. Azərbaycan yaradıcı kollektivinin Kral Opera Teatrı kimi məşhur sənət ocağında çıxışı musiqi mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib. Qastrol çərçivəsində heyətin aviabiletlərinin alınması, yerləşdirilməsi və qidalanma qarşı tərəfdən ödənildiyi səbəbi ilə ayrıca ezamiyyə xərcləri qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmayıb. Qonorar ödənişləri ilə bağlı bildiririk ki, qarşı tərəfdən müvafiq maliyyə vəsaitləri köçürüldükdən sonra ödənişlər qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddət - 60 iş günü ərzində həyata keçiriləcəyi haqqında bütün iştirakçılar əvvəlcədən məlumatlandırılıblar. Diqqətinizə çatdırmaq istəyirik ki, bu ödənişlər artıq gerçəkləşdirilib. Teatr rəhbərliyi olaraq əsas prioritetlərimizdən biri kollektivimizin həm peşəkar inkişafının, həm də maddi-sosial rifahının yüksəldilməsidir. Bu məqsədlə beynəlxalq layihələrdə iştirakın genişləndirilməsi, yeni təşəbbüslərin həyata keçirilməsi və yaradıcı heyətin sosial təminatının, rifahının daha da gücləndirilməsi qarşımıza əsas hədəf kimi qoyulub.

Eyni zamanda, bildiririk ki, teatrın əsas səhnəsində yenilənmə işlərinin davam etməsinə baxmayaraq, kollektiv yaradıcılıq fəaliyyətini fasiləsiz şəkildə davam etdirir. Belə ki, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası yeni quruluşda təqdim olunub, "Koroğlu" operası bərpa edilib. İlk dəfə səhnələşdirilən musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan "Nəsimi" operası sənətsevərlər üçün əlamətdar bir hadisəyə çevrilib. İzləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan "Opera günləri", eləcə də "Balet günləri" təşkil olunub. 2026-cı ilin mart ayı üzrə ölkənin əksər bölgələrinə qastrol proqramı, o cümlədən Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edib, ma

#Yusif_Eyvazov#Azərbaycan_Respublikası_Mədəniyyət_Nazirliyi#Azərbaycan_Dövlət_Akademik_Opera_və_Balet_Teatrı

Oxşar Xəbərlər

Eldar Mansurov: "Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm"Mədəniyyət

Eldar Mansurov: "Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm"

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə mart ayından etibarən aparıcı bədii kollektivlərin ölkə miqyaslı qastrol proqramı həyata keçirilir. "Azərbaycan Mədəniyyəti - 2040" konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri - mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədi daşıyan qastrol proqramı tanınmış incəsənət xadimləri tərəfindən yüksək qiymətləndirilir.

Bu gün
10:460
Yusif Eyvazov nazirliyə ÇAĞIRILDIMədəniyyət

Yusif Eyvazov nazirliyə ÇAĞIRILDI

Akademik Opera və Balet Teatrının direktoru - Xalq artisti Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırılıb.

Bu gün
10:361
Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablonun ekspertizası aparılırMədəniyyət

Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablonun ekspertizası aparılır

Macarıstanın paytaxtı Budapeştdə Niderland rəssamı Vinsent Van Qoqa aid olduğu ehtimal edilən və indiyədək naməlum qalan tablo üzərində elmi tədqiqat aparılır.

Dünən
08:461
Mədəniyyət Nazirliyinin strukturunda yeni şöbə və sektorlar yaradılıbMədəniyyət

Mədəniyyət Nazirliyinin strukturunda yeni şöbə və sektorlar yaradılıb

Mədəniyyət Nazirliyinin aparatının yenilənmiş strukturunda təkmilləşdirilmə aparılıb, şöbə və bölmələrin fəaliyyəti optimallaşdırılıb.

Dünən
17:520