Son dəqiqə
Dişləri nə vaxt fırçalamaq məsləhət görülmür?Nəhəng canlının cəsədi Venesiyadakı kanalın önünü kəsdi"Zara" və "Bershka" brendlərinin şəbəkəsinə kiberhücum: Müştəri məlumatları təhlükədədir?Ortaq gigiyena vasitələri hansı fəsadlara yol açır?Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər - Qanun nə deyir? - VİDEOTəbiəti necə qoruyuruq? - Real fayda, yoxsa sadəcə görüntü?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Ortaq gigiyena vasitələri hansı fəsadlara yol açır?
Ortaq gigiyena vasitələri hansı fəsadlara yol açır?
Dünya

Ortaq gigiyena vasitələri hansı fəsadlara yol açır?

Bu gün
05:20
0 baxış
Paylaş:

Eyni hamam süngərinin (lifin) hətta ailə üzvləri arasında ortaq istifadəsi dəri xəstəliklərinə və infeksiyaların yayılmasına səbəb ola bilər.

Eyni hamam süngərinin (lifin) hətta ailə üzvləri arasında ortaq istifadəsi dəri xəstəliklərinə və infeksiyaların yayılmasına səbəb ola bilər.

Gundem.today xəbər verir ki, bu barədə terapevt Şota Kalandiya "Gazeta.ru"ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, süngərlər mikroorqanizmlərin çoxalması üçün ideal mühit yaradır. Hamam süngəri davamlı olaraq nəm qalır, həmçinin dəridəki ölü hüceyrələr və yağlarla təmasda olur. Hətta diqqətlə yuyulduqda belə, onun lifləri arasında bakteriya, göbələk və digər zərərli mikroblar qala bilər.

"İstifadə zamanı süngər həmin şəxsin fərdi mikroflorasını özündə toplayır. Bu, normal prosesdir, lakin ortaq istifadə zamanı mikrob mübadiləsi baş verir. Həmin mikroblar arasında isə patogen orqanizmlər ola bilər", - deyə Kalandiya izah edib.

Terapevt qeyd edir ki, bu zaman göbələk infeksiyalarının ötürülmə riski xüsusilə yüksəkdir. Mikoz yaradan amillər nəm mühitdə uzun müddət yaşayır və asanlıqla başqasına keçə bilir. Nəticədə digər şəxsdə qaşıntı, qabıqvermə və dəri çatları yarana bilər. Bundan əlavə, ortaq süngər vasitəsilə follikulit, irinli səpkilər və sızanaqların kəskinləşməsi kimi bakterial infeksiyalar da yayılır.

"Dəridə mikroskopik çatlar və ya sıyrıntılar olduqda yoluxma ehtimalı kəskin artır. Bu zədələr infeksiya üçün "giriş qapısı" rolunu oynayır", - deyə həkim xəbərdarlıq edib.

Həkim xatırladıb ki, yaxın qohumluq əlaqələri belə mikrob mübadiləsindən qorumur, çünki hər bir insanın mikroflorası fərdidir. Əsas qayda budur ki, ailənin hər bir üzvünün özünəməxsus şəxsi gigiyena vasitələri - süngəri, dəsmalı və təraş aparatı olmalıdır. Həmçinin hamam süngərini vaxtaşırı dəyişdirmək, hər istifadədən sonra yaxşıca yuyub tam qurutmaq vacibdir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#lifka#hamam_lifkası#şəxsi_gigiyena#dəri_xəstəlikləri#göbələk_infeksiyası#bakteriyalar#mikrob#dəriyə_qulluq#sağlamlıq_qaydaları.

Oxşar Xəbərlər

Dişləri nə vaxt fırçalamaq məsləhət görülmür?Dünya

Dişləri nə vaxt fırçalamaq məsləhət görülmür?

"Şirin qidalar qəbul etdikdən dərhal sonra dişlərin fırçalanması qətiyyən məsləhət görülmür".

Bu gün
06:440
Nəhəng canlının cəsədi Venesiyadakı kanalın önünü kəsdiDünya

Nəhəng canlının cəsədi Venesiyadakı kanalın önünü kəsdi

İtaliyanın Venesiya şəhərində çəkisi bir tondan artıq olan ay-balığın cəsədi Sakka-Sessola adası yaxınlığındakı kanalda hərəkəti iflic edib.

Bu gün
06:160
"Zara" və "Bershka" brendlərinin şəbəkəsinə kiberhücum: Müştəri məlumatları təhlükədədir?Dünya

"Zara" və "Bershka" brendlərinin şəbəkəsinə kiberhücum: Müştəri məlumatları təhlükədədir?

"Zara" və "Bershka" kimi tanınmış brendlərin sahibi olan İspaniyanın "Inditex" geyim korporasiyası serverlərinə qanunsuz müdaxilə edildiyini açıqlayıb.

Bu gün
05:460
Təbiəti necə qoruyuruq? - Real fayda, yoxsa sadəcə görüntü?Dünya

Təbiəti necə qoruyuruq? - Real fayda, yoxsa sadəcə görüntü?

Ekoloji meyillərin geniş yayılmasına baxmayaraq, gündəlik həyata tətbiq edilən vərdişlərin heç də hamısı gözlənilən real səmərəni təmin etmir.

Bu gün
04:420