
Təbiəti necə qoruyuruq? - Real fayda, yoxsa sadəcə görüntü?
Ekoloji meyillərin geniş yayılmasına baxmayaraq, gündəlik həyata tətbiq edilən vərdişlərin heç də hamısı gözlənilən real səmərəni təmin etmir.
Ekoloji meyillərin geniş yayılmasına baxmayaraq, gündəlik həyata tətbiq edilən vərdişlərin heç də hamısı gözlənilən real səmərəni təmin etmir.
Gundem.today xəbər verir ki, bu mövzu ilə bağlı kimyaçı və elmi jurnalist Səkinə Zeynalova "İzvestiya" nəşrinə müsahibəsində maraqlı faktlar açıqlayıb. Ekspertin fikrincə, yaşam tərzində qlobal və çətin dəyişikliklər etmədən belə təbiətə fayda vermək mümkündür.
O vurğulayıb ki, alış-veriş zamanı doğru qərarlar vermək, çoxdəfəlik qablardan və su filtrlərindən yararlanmaq, eləcə də yerli istehsal olan mallara üstünlük vermək xüsusi önəm daşıyır. Mütəxəssisin sözlərinə görə, ən effektiv üsullardan biri avtomobillə edilən gərəksiz gəzintilərdən uzaq durmaqdır. Yaxın məsafələrə piyada getmək və ya velosipeddən istifadə etmək atmosferə atılan zərərli tullantıları əhəmiyyətli dərəcədə azaldır.
S.Zeynalova xatırladıb ki, çoxdəfəlik əşyalar yalnız müntəzəm istifadə olunduqda müsbət nəticə verir, əks halda bu, sadəcə "ekoloji imitasiya"dır. Yerli məhsulların alınması isə həm təbii ehtiyatlara qənaət edir, həm də logistika xərclərini minimuma endirir. O, eyni zamanda, plastik tullantıların çeşidlənərək atılmasının zəruriliyini də diqqətə çatdırıb.
Mütəxəssis əlavə edib ki, müvafiq infrastruktur mükəmməl olmasa belə, cəmiyyətin bu istiqamətdəki tələbatı həlledici amildir. Məişət tullantılarının ev şəraitində ayrılması, elektrik enerjisi və suyun qənaətlə işlədilməsi cəmiyyətdə sağlam ekoloji şüurun yaranmasına təkan verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Zara" və "Bershka" brendlərinin şəbəkəsinə kiberhücum: Müştəri məlumatları təhlükədədir?
"Zara" və "Bershka" kimi tanınmış brendlərin sahibi olan İspaniyanın "Inditex" geyim korporasiyası serverlərinə qanunsuz müdaxilə edildiyini açıqlayıb.
DünyaOrtaq gigiyena vasitələri hansı fəsadlara yol açır?
Eyni hamam süngərinin (lifin) hətta ailə üzvləri arasında ortaq istifadəsi dəri xəstəliklərinə və infeksiyaların yayılmasına səbəb ola bilər.
DünyaBal ayına yollanan ispan həkimin ayağını köpəkbalığı qopardı
Maldiv adalarına bal ayına yollanan ispaniyalı həkimin başına dəhşətli hadisə gəlib.
DünyaŞekspirin Londondakı evinin dəqiq yeri müəyyən edilib - FOTO
Tədqiqatçılar İngiltərə şair-dramaturq Uilyam Şekspirin Londondakı evinin dəqiq yerini müəyyən ediblər.