
Özbək şahmatçı dünya çempionu adı uğrunda mübarizə aparacaq
Özbəkistanlı qrossmeyster Cavohir Sindarov Kiprdə keçirilən şahmat üzrə İddiaçılar turnirinin vaxtından əvvəl qalibi olub.
Özbəkistanlı qrossmeyster Cavohir Sindarov Kiprdə keçirilən şahmat üzrə İddiaçılar turnirinin vaxtından əvvəl qalibi olub.
Gundem.today bu barədə Matchtv.ru-ya istinadən xəbər verir.
C.Sindarov 13-cü turda qara fiqurlarla niderlandlı Aniş Giri ilə heç-heçə oynayıb. Partiya 58-ci gedişdən sonra başa çatıb.
Beləliklə, turnirin sonuna bir tur qalmış C.Sindarov 9.5 xal toplayaraq özü üçün birinci yeri təmin edib. İkinci yerdə qərarlaşan A.Girinin aktivində 7.5 xal var.
Bu nəticə ilə özbək şahmatçı hazırkı dünya çempionu, hindistanlı Qukeş Dommaracuya qarşı şahmat tacı uğrunda matçda oynamaq hüququ qazanıb. Sindarov İddiaçılar turnirindəki qələbəyə görə 70 000 avro alacaq.
Qeyd edək ki, C.Sindarovun 20 yaşı var. O, ötən il Dünya Kubokunun qalibi olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Barselona" Çempionlar Liqasında antirekord müəyyənləşdirdi
"Barselona" UEFA Çempionlar Liqasında buraxılan qollar seriyasının davamlılığı üzrə İspaniya klubları üçün antirekord müəyyənləşdirib.
İdmanYamal Mbappenin rekordunu qırdı
"Barselona"nın 18 yaşlı hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasında 19 yaşına qədər vurulan qolların sayına görə "Monako" və PSJ-nin keçmiş forvardı Kilian Mbappenin rekordunu qırıb.
İdmanAzərbaycan cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək yekun heyət bəlli olub.
İdmanUEFA Çempionlar Liqası: İlk yarımfinalçılar müəyyənləşdi
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.