
KİV: Tramp İrana qarşı əməliyyatın başa çatdığını bildirib
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın başa çatdığını bəyan edib.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın başa çatdığını bəyan edib.
Gundem.today xəbər verir ki, bu barədə "Fox News" telekanalının jurnalisti Mariya Bartiromo dövlət başçısı ilə müsahibədən sonra məlumat verib.
"Tramp əməliyyatın başa çatdığını bildirdi", - deyə jurnalist qeyd etsə də, əlavə təfərrüat açıqlamayıb.
Bundan əvvəl Tramp ABŞ və İran arasında növbəti danışıqlar raundunun yaxın iki gün ərzində keçirilə biləcəyini vurğulayıb.
Xatırladaq ki, aprelin 11-də tərəflər Pakistanın vasitəçiliyi ilə danışıqlar aparıblar. Həmin görüşdə Hörmüz boğazının açılması, İranın nüvə proqramı, sanksiyaların ləğvi və hərbi əməliyyatların dayandırılması məsələləri müzakirə olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAlek Bolduin karyerasını başa vurmaq istədiyini açıqlayıb
Amerikalı aktyor Alek Bolduin ailəsi ilə daha çox vaxt keçirmək üçün kino karyerasını başa vurmaq niyyətində olduğunu bildirib.
DünyaKİV: ABŞ-nin Rusiya neftinə qarşı sanksiyaları yenidən qüvvəyə minib
ABŞ-nin Rusiya neftinə qarşı sanksiyaları aprelin 11-də xüsusi lisenziyanın müddəti başa çatdıqdan sonra yenidən qüvvəyə minib.
DünyaPikassonun bir milyon avroluq əsəri lotereyada qazanıldı
Parisdə yaşayan şəxs 100 avroya aldığı lotereya bileti ilə rəssam Pablo Pikassonun "Qadın başı" adlı əsərini qazanıb.
DünyaABŞ İran nefti ilə bağlı güzəşt rejimini uzatmayacaq
ABŞ Administrasiyası İran neftinin dəniz yolu ilə tədarükünə dair 30 günlük sanksiya istisnasını uzatmayacaq.