
"Heydər Əliyev Kuboku-2026": Qız boksçulardan ibarət millimiz komanda hesabında birinci oldu
Bakıda "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yeniyetmə qız boksçuların mübarizəsinə yekun vurulub.
Bakıda "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yeniyetmə qız boksçuların mübarizəsinə yekun vurulub.
Gundem.today xəbər verir ki, səkkiz ölkənin qatıldığı yarışda Azərbaycan millisi 17 medal qazanıb.
İlkin Ağayevin baş məşqçisi olduğu U-17 komandamızın heyətində Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq) və Səma Abbasova (66 kq) turnirin qalibi adına yiyələniblər.
Yeganə Rəhimova (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Rəmziyə Mirzəyeva (70 kq) gümüş, Nəsrin Abdullazadə, Aysan Miriyeva (hər ikisi 46 kq), Nurgül Ocaqova (48 kq), Tunca Mürşüdova, Sima İsmayılova (hər ikisi 50 kq), Alsu Yafarova (52 kq), Nərmin Abdullazadə, Ayan Novruzlu (hər ikisi 54 kq), Emiliya Beydullayeva (57 kq) və Aynur Vəlizadə (63 kq) bürünc medal qazanıblar.
Beləliklə, üç qızıl, dörd gümüş və 10 bürünc medal qazanan Azərbaycan millisi qız boksçuların yarışında komanda hesabında 1-ci yeri tutub. İkinci yeri Gürcüstan (3-1-1), üçüncü pilləni neytral idmançılardan ibarət komanda (AİN, 1-2-1) tutub.
Qeyd edək ki, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komandanın qatıldığı yarışda oğlanların mübarizəsinə sabah yekun vurulacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanMourinyo "Real Madrid"ə qayıdır?
Madridin "Real" klubunun prezidenti Florentino Peres hazırda Portuqaliyanın "Benfika" komandasına rəhbərlik edən Joze Mourinyo ilə mütəxəssisin kluba mümkün qayıdışını müzakirə edib.
İdmanPrestianni ikioyunluq kənarlaşdırıldı
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Portuqaliyanın "Benfika" klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini təşkilatın himayəsi altında iki matçdan kənarlaşdırıb. Buna səbəb Prestianninin İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranış nümayiş etdirməsi olub.
İdmanFIFA-dan Prestianniyə cəza: Neçə oyun buraxmalı olacaq?
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Portuqaliyanın "Benfika" klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini təşkilatın himayəsi altında iki matçdan kənarlaşdırıb. Buna səbəb Prestianninin İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranış nümayiş etdirməsi olub.
İdmanBakıda təxirə salınan nəhəng idman və biznes tədbirinin yeni tarixi açıqlandı
"Dünya idman paytaxtı" qlobal idman ictimaiyyətinin ən nüfuzlu tədbirlərindən birinə ev sahibliyi edəcək.