Son dəqiqə
Rusiyadan Türkiyəyə gedən neft tankerinə görə Dardanel boğazı bağlandıAzərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyətə başlayırlarUkraynaya ayrılan yardımla bağlı yenilik - Aİ Kiyevə nə ilə bağlı icazə verdi?Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək - FOTOMay ayında 35 dərəcə isti olacaq"Park Yasamal"da ipoteka imkanı ilə hazır mənzillər - "Kristal"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Pentaqonda qalmaqal: Heqset ilə Driskoll arasında gərginlik artır
Pentaqonda qalmaqal: Heqset ilə Driskoll arasında gərginlik artır
Dünya

Pentaqonda qalmaqal: Heqset ilə Driskoll arasında gərginlik artır

20 aprel 2026
14:14
0 baxış
Paylaş:

"ABŞ-nin hərb naziri Pit Heqset Donald Trampın onu vəzifədən kənarlaşdıraraq Pentaqon rəhbəri postuna quru qoşunları naziri Daniel Driskollun namizədliyini irəli sürə biləcəyindən narahatdır".

"ABŞ-nin hərb naziri Pit Heqset Donald Trampın onu vəzifədən kənarlaşdıraraq Pentaqon rəhbəri postuna quru qoşunları naziri Daniel Driskollun namizədliyini irəli sürə biləcəyindən narahatdır".

Gundem.today xəbər verir ki, bu barədə özəl mənbələrinə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Nəşrdə qeyd olunub ki, Pentaqon rəhbəri uzun müddətdir ordunun gündəlik həyatı, avadanlıq tədarükü və maliyyə məsələlərinə cavabdeh olan quru qoşunları naziri ilə açıq şəkildə savaş halındadır. Belə ki, nəşrin məlumatına görə, hələ 2025-ci ilin əvvəllərində Driskoll Heqsetin otağına daxil olaraq ordu islahatlarına dair müzakirə aparmaq məqsədilə Vens və Trampın hərbçilərlə görüşünün təşkilini təklif edib.

Nazir isə Driskolla qışqırmağa başlayıb, burada əsas şəxsin özü olduğunu bildirib və ona səlahiyyət çərçivəsindən kənara çıxmamağı əmr edib.

Bu hadisədən sonra onlar arasında daha bir neçə dəfə münaqişə yaşayıb. Nümunə olaraq, Pentaqon rəhbəri Driskoll məzuniyyətdə olarkən qərargah rəisi Rendi Corcu və daha iki generalı - Devid Hadni və Uilyam Qrini vəzifələrindən azad edib.

Daha əvvəl "The Washington Post" qəzetinin verdiyi məlumata görə, Heqset Driskollu işdən çıxara bilmir və buna görə də onun həyatını "cəhənnəmə çevirməyi" planlaşdırır. Hərb naziri bu mövqeyinə görə dəfələrlə tənqidlərə məruz qalıb.

Qeyd olunub ki, noyabr ayında Tramp Driskollu Ukrayna üzrə nizamlanma nümayəndə heyətinin tərkibinə daxil edib. Sözügedən tapşırığın icrası üçün nəyə görə Heqsetin deyil, məhz Driskollun seçilməsi Pentaqon rəhbərliyində xeyli sual yaradıb. WSJ-nin mənbələrinin bildirdiyinə görə, həmin vaxt hərb naziri Ağ Evin Driskollu danışıqlardan kənarlaşdırmasını istədiyini söyləyib. Bununla belə, Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell əmin edib ki, Heqset ordu naziri də daxil olmaqla, bütün silahlı qüvvələr növlərinin rəhbərləri ilə mükəmməl işgüzar münasibətlərə malikdir. Nəşrin məlumatına əsasən, Driskollun mümkün istefası halında Heqset Parnelli ordu naziri vəzifəsinə təyin etməyi planlaşdırırmış.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Pit_Heqset#Daniel_Driskoll#Donald_Tramp#Pentaqon#ABŞ_Müdafiə_Nazirliyi#ABŞ_Ordusu#Quru_Qoşunları#siyasi_münaqişə#The_Wall_Street_Journal#Cey_Di_Vens#Şon_Parnell

Oxşar Xəbərlər

Rusiyadan Türkiyəyə gedən neft tankerinə görə Dardanel boğazı bağlandıDünya

Rusiyadan Türkiyəyə gedən neft tankerinə görə Dardanel boğazı bağlandı

Çərşənbə günü səhər saatlarında Çanaqqala (Dardanel) boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə tam dayandırılıb. Buna səbəb Rusiyadan Türkiyənin Kocaeli limanına doğru hərəkət edən Barbados bayraqlı "Zephyr Prosper" neft tankerində yaranmış texniki nasazlıq olub.

Bu gün
15:180
Ukraynaya ayrılan yardımla bağlı yenilik - Aİ Kiyevə nə ilə bağlı icazə verdi?Dünya

Ukraynaya ayrılan yardımla bağlı yenilik - Aİ Kiyevə nə ilə bağlı icazə verdi?

Avropa İttifaqı (Aİ) Ukraynaya təqdim edilən maliyyə dəstəyinin hərbçilərin əməkhaqlarının ödənilməsinə yönəldilməsinə ilk dəfə olaraq razılıq verib.

Bu gün
15:020
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürübDünya

Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb

Rusiya hərbçiləri Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüblər.

Bu gün
14:400
Konqresin üzvlərinə Kral III Çarlzla görüş üçün sərt təlimatlar verilib?Dünya

Konqresin üzvlərinə Kral III Çarlzla görüş üçün sərt təlimatlar verilib?

ABŞ Konqresinin üzvlərinə Böyük Britaniya Kralı III Çarlzla görüş zamanı riayət edilməsi vacib olan sərt etiket təlimatları təqdim edilib.

Bu gün
14:140