
Peter Madyar Macarıstanda hökumət üzvlərinə istefa vermələri üçün vaxt qoydu
Macarıstanda seçkidə qalib gəlmiş "Tisa" partiyasının lideri Peter Madyar ölkə prezidentini və əvvəlki hökumət dövründə vəzifəyə təyin edilmiş demək olar bütün dövlət idarələrinin rəhbərlərini mayın 31-dək könüllü istefaya çağırıb.
Macarıstanda seçkidə qalib gəlmiş "Tisa" partiyasının lideri Peter Madyar ölkə prezidentini və əvvəlki hökumət dövründə vəzifəyə təyin edilmiş demək olar bütün dövlət idarələrinin rəhbərlərini mayın 31-dək könüllü istefaya çağırıb.
Gundem.today TASS-a istinadən xəbər verir ki, o, Budapeştdə keçirdiyi mətbuat konfransında çıxış edərək, bu insanları istefaya gedən baş nazir Viktor Orbanın əlaltıları hesab etdiyini və onların öz vəzifələrində qalmağa mənəvi haqlarının olmadığını deyib.
Xatırladaq ki, aprelin 12-də keçirilmiş seçkinin nəticələrinə görə, "Tisa" partiyası Macarıstan parlamentində konstitusiya çoxluğu (199 yerdən 141-i) əldə edib və zərurət yarandıqda əsas qanuna düzəlişlər edə bilər.
P.Madyarın yeni çağırış parlamentinin mayın əvvəlində keçiriləcək ilk iclasında baş nazir seçilməsu gözlənilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqon ABŞ-nin 1.5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını açıqlayıb
ABŞ Hərb Nazirliyi (Pentaqon) Prezident Donald Tramp administrasiyası tərəfindən 2027-ci maliyyə ili üçün təklif olunan 1.5 trilyon dollar məbləğində müdafiə büdcəsinin təfərrüatını dərc edib.
DünyaTürkiyədə məktəbdə qətliam törədən şagirdin anası həbs edildi
Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürən İsa Aras Mersinlinin anası Peyman Pınar Mersinli həbs edilib.
DünyaKallas: "Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirir"
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Tehranın Hörmüz boğazında gəmiçiliyə qoyduğu məhdudiyyətlərə cavab olaraq İrana qarşı sanksiyaların sərtləşdirilməsi barədə razılığa gəliblər.
Dünyaİran Trampın edam cəzası verilən səkkiz qadınla bağlı iddiasına cavab verdi
İranın məhkəmə sistemi ABŞ Prezidenti Donald Trampın səkkiz qadına ölüm hökmü çıxarılması ilə bağlı iddiasını təkzib edib.