Son dəqiqə
Neft Daşlarının yaxınlığında balıqçı BATDI: Helikopter cəlb olundu - VİDEOBakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin olunduOrbanın məğlubiyyəti Ukrayna üçün yeni mərhələ deməkdir? - VİDEOAğstafa çayından sel keçib, rayon mərkəzi ilə əlaqə çətinləşib - FOTOÇempionlar Liqasında qalmaqal: UEFA "Barselona"nın şikayətini rədd etdiTələbə yoldaşını bıçaqlayan şəxsin təkrar ekspertizası tələb edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Pezeşkian Avropanı İran-ABŞ danışıqlarında konstruktiv rol oynamağa çağırdı
Pezeşkian Avropanı İran-ABŞ danışıqlarında konstruktiv rol oynamağa çağırdı
Dünya

Pezeşkian Avropanı İran-ABŞ danışıqlarında konstruktiv rol oynamağa çağırdı

Bu gün
15:44
0 baxış
Paylaş:

"Avropa ABŞ-ni beynəlxalq normalar çərçivəsində İranla danışıqlar aparmağa təşviq edərək, İslam Respublikası ətrafındakı böhranın həllində konstruktiv rol oynaya bilər".

"Avropa ABŞ-ni beynəlxalq normalar çərçivəsində İranla danışıqlar aparmağa təşviq edərək, İslam Respublikası ətrafındakı böhranın həllində konstruktiv rol oynaya bilər".

Gundem.today-ın TASS-a istinadən verdiyi məlumata görə, bu fikirləri İran Prezidenti Məsud Pezeşkian fransız həmkarı Emmanuel Makronla telefon söhbətində açıqlayıb.

"İran xalqının hüquqlarını qorumaq məqsədilə ölkəmiz yalnız beynəlxalq qanun və qaydalar çərçivəsində danışıqları davam etdirməyə hazırdır. Avropa isə ABŞ-ni bu çərçivələrə əməl etməyə çağıraraq müsbət rol oynaya bilər", - deyə prezidentin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Pezeşkian qeyd edib ki, ekspertlər səviyyəsində razılaşmaların əldə olunmasına baxmayaraq, məhz ABŞ administrasiyasının həddindən artıq tələbləri və siyasi iradəsinin olmaması ölkələr arasında müqavilənin imzalanmasına maneədir.

Xatırladaq ki, aprelin 11-də Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar baş tutub. Nümayəndə heyətləri ən azı iki əsas məsələ - nüvə proqramı və Hörmüz boğazı üzrə razılığa gələ bilməyiblər. Növbəti gün ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla İranın nüvə proqramı mövzusunda ortaq məxrəcə gələ bilmədiyini və bu səbəbdən ABŞ hərbçilərinin İrana qarşı dəniz blokadasına başladığını bəyan edib. İslamabaddakı danışıqlarda ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Ceyms Devid Vens rəhbərlik edib. Qrupda onunla yanaşı, dövlət başçısının xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner də yer alıb. İran nümayəndə heyətinə isə parlamentin spikeri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi başçılıq ediblər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Məsud_Pezeşkian#Emmanuel_Makron#İran_və_ABŞ_danışıqları#nüvə_proqramı#Hörmüz_boğazı#Donald_Tramp#İslamabad_danışıqları#dəniz_blokadası#Ceyms_Devid_Vens#beynəlxalq_normalar.

Oxşar Xəbərlər

İranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?Dünya

İranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?

İranın hava məkanı təxminən aprelin 18-i səhər saatlarına qədər bağlı qalacaq.

Bu gün
16:200
ABŞ-də nəhəng aviaşirkət yaranır? - Yanacağın bahalaşması rəqibləri birləşdirə bilərDünya

ABŞ-də nəhəng aviaşirkət yaranır? - Yanacağın bahalaşması rəqibləri birləşdirə bilər

Amerika Birləşmiş Ştatlarının dörd aparıcı aviaşirkətindən biri sayılan "United Airlines" əsas rəqiblərindən olan "American Airlines" ilə birləşmə ehtimalını araşdırır.

Bu gün
15:120
Kamal Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldıDünya

Kamal Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı

Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Kamal Kılıçdaroğlu 11 ay 20 gün həbs cəzasına məhkum edilib.

Bu gün
15:000
Dənizdən mühasirə: İran yumşalacaqmı? - VİDEODünya

Dənizdən mühasirə: İran yumşalacaqmı? - VİDEO

"Ötən həftəsonu diplomatik cəhdlər ciddi uğursuzluqla nəticələnib: İslamabadda Amerika Birləşmiş Ştatları ilə İran arasında keçirilən yüksək səviyyəli danışıqlar heç bir nəticə verməyib. İran nümayəndə heyəti Vaşinqtonun nüvə proqramının tamamilə dayandırılması, zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi və strateji əhəmiyyətə malik Hörmüz boğazının dərhal açılması kimi ultimatum tələblərinə qəti şəkildə rədd cavabı verib".

Bu gün
14:400