Son dəqiqə
TƏBİB-ə yeni icraçı direktor TƏYİN EDİLDİYaxın Şərqdə gərginlik fonunda neft qiymətlərinin artması Azərbaycan üçün hansı təsirləri yaradır?Yaşıl meydanların ən güclü qolkiperləri bəlli oldu - SİYAHIMilli Xalça Muzeyində "Yaddaşa həkk olunan təsvir" sərgisinin açılışı olubYanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə DOĞULANLARIN SAYI AZALIBEnerji bazarında şərtləri dəyişən Yaxın Şərq gərginliyi: Azərbaycan nə qazanır, nə itirir?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?
İranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?
Dünya

İranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?

Bu gün
16:20
0 baxış
Paylaş:

İranın hava məkanı təxminən aprelin 18-i səhər saatlarına qədər bağlı qalacaq.

İranın hava məkanı təxminən aprelin 18-i səhər saatlarına qədər bağlı qalacaq.

Gundem.today xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqin aviadispetçer xidmətlərindəki mənbə bildirib.

"İranın hava məkanı aprelin 18-i ümumdünya vaxtı ilə saat 05:30-a (Bakı vaxtı ilə 09:30-a - red.) qədər uçuşlar üçün bağlı olacaq", - deyə agentliyi məlumatlandıran mənbə ölkənin aviasiya qurumlarının müvafiq qərarına istinadən qeyd edilib.

İstisna hal kimi dövlət, hərbi və sanitar aviasiyasının uçuşlarına, həmçinin axtarış və xilasetmə məqsədli reyslərə icazə verilir.

"Bu cür uçuşlar mülki aviasiyaya nəzarət orqanının ayrıca icazələri əsasında həyata keçirilə bilər", - deyə xəbərdə vurğulanıb.

İranın hava məkanı fevralın 28-i günün birinci yarısında ABŞ və İsrailin hərbi əməliyyata başlamasından sonra bağlanıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran_hava_məkanı#uçuş_qadağası#aviasiya_qərarları#mülki_uçuşlar#Yaxın_Şərq#ABŞ_və_İsrail_hərbi_əməliyyatı#İran_səması

Oxşar Xəbərlər

İran ABŞ və İsraillə münaqişə fonunda həmrəyliyə görə Azərbaycana təşəkkür edibDünya

İran ABŞ və İsraillə münaqişə fonunda həmrəyliyə görə Azərbaycana təşəkkür edib

İran ABŞ və İsraillə münaqişə fonunda göstərilən həmrəyliyə görə Azərbaycana və digər ölkələrə təşəkkürünü bildirib.

Bu gün
19:240
Fransada korrupsiya qalmaqalı: Polis Yelisey sarayında axtarış apardıDünya

Fransada korrupsiya qalmaqalı: Polis Yelisey sarayında axtarış apardı

Fransa məhkəmə polisinin maliyyə bölməsinin əməkdaşları Yelisey sarayında axtarış aparıblar.

Bu gün
19:060
ABŞ aviadaşıyıcısı husilərə görə Ərəb dənizinə yolunu uzatmalı olubDünya

ABŞ aviadaşıyıcısı husilərə görə Ərəb dənizinə yolunu uzatmalı olub

ABŞ-nin "George Bush" aviadaşıyıcısının başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu Ərəb dənizinə gedərkən husilərin mümkün hücumlarından yayınmaq üçün Aralıq və Qırmızı dənizlərdən keçən qısa marşrutdan istifadə etməyib. Bunun əvəzinə gəmilər Afrikanın cənubundan dolanaraq alternativ marşrutla hərəkət edir.

Bu gün
18:580
İspaniya miqrantlarla bağlı leqallaşdırma prosesinə başlayırDünya

İspaniya miqrantlarla bağlı leqallaşdırma prosesinə başlayır

İspaniya Nazirlər Şurası ölkədə olan minlərlə miqrantın yaşamasının qanuniləşdirilməsinə yönəlmiş fərmanı təsdiqləyib.

Bu gün
18:480