Son dəqiqə
Daha 33 ailənin Xocalı həsrətinə son qoyulduGömrük orqanlarının qanunsuz əməllərinə görə təzminat ödəniləcəkQazaxıstanda MDB-nin ən böyük kölgə kriptovalyuta xidmətlərindən biri ləğv edildiMəhsulların "daxili mal" statusunu itirmə qaydaları müəyyənləşdirilirGömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Məhkəməyə müraciət edə biləcəkABŞ Kubanı xarici kəşfiyyat xidmətlərinə şərait yaratmaqda günahlandırır
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Pezeşkiandan SÜLH ÇAĞIRIŞI: "Müharibənin davam etməsi nə İranın, nə də ABŞ-nin maraqlarına uyğundur"
Pezeşkiandan SÜLH ÇAĞIRIŞI: "Müharibənin davam etməsi nə İranın, nə də ABŞ-nin maraqlarına uyğundur"
Dünya

Pezeşkiandan SÜLH ÇAĞIRIŞI: "Müharibənin davam etməsi nə İranın, nə də ABŞ-nin maraqlarına uyğundur"

20 aprel 2026
12:44
0 baxış
Paylaş:

"Müharibənin davam etməsi nə İranın, nə də ABŞ-nin maraqlarına uyğundur. Buna görə də münaqişənin diplomatik yollarla həllinə çalışmaq lazımdır".

"Müharibənin davam etməsi nə İranın, nə də ABŞ-nin maraqlarına uyğundur. Buna görə də münaqişənin diplomatik yollarla həllinə çalışmaq lazımdır".

Gundem.today xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Gərginliyin azaldılması üçün istənilən ağlabatan və diplomatik yollardan istifadə etmək lazımdır. Eyni zamanda düşmənə qarşı inamsızlıq və qarşılıqlı münasibətlərdə sayıqlıq zərurət olaraq qalır", - deyə İran prezidentinin mətbuat xidməti Pezeşkianın mövqeyini bəyan edib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Məsud_Pezeşkian#İran_Prezidenti#ABŞ_və_İran#diplomatik_həll#müharibənin_dayandırılması#gərginliyin_azaldılması#siyasət#beynəlxalq_münasibətlər.

Oxşar Xəbərlər

Qazaxıstanda MDB-nin ən böyük kölgə kriptovalyuta xidmətlərindən biri ləğv edildiDünya

Qazaxıstanda MDB-nin ən böyük kölgə kriptovalyuta xidmətlərindən biri ləğv edildi

Qazaxıstan Respublikasının Maliyyə Monitorinqi Agentliyi (FMA) MDB məkanında fəaliyyət göstərən nəhəng qeyri-qanuni kriptovalyuta platforması olan "RAKS Exchange"in bağlandığını elan edib. Qeyd olunan təşkilat rəqəmsal vəsaitlərdən istifadə edərək pulların nağdlaşdırılması və qeyri-qanuni yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə məşğul olub.

Bu gün
14:060
ABŞ Kubanı xarici kəşfiyyat xidmətlərinə şərait yaratmaqda günahlandırırDünya

ABŞ Kubanı xarici kəşfiyyat xidmətlərinə şərait yaratmaqda günahlandırır

ABŞ Dövlət katibi Marko Rubio Kuba rəhbərliyini Birləşmiş Ştatların rəqibləri olan dövlətlərin kəşfiyyat xidmətləri nümayəndələrinə öz ərazisindən istifadəyə şərait yaratmaqda günahlandırıb.

Bu gün
13:560
Avstraliyada təyyarə anqara çırpıldı: İki nəfər öldü, xeyli yaralı var - VİDEODünya

Avstraliyada təyyarə anqara çırpıldı: İki nəfər öldü, xeyli yaralı var - VİDEO

Avstraliyanın Adelaida bölgəsinin Parafild hava limanında kiçikmühərrikli təyyarə qəzaya uğrayıb.

Bu gün
13:480
Tramp əlində avtomatla İranı hədələdi - FOTODünya

Tramp əlində avtomatla İranı hədələdi - FOTO

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Tehranın nüvə sazişi üzrə danışıqlar aparmaq qabiliyyətinə malik olmadığını bəyan edib.

Bu gün
13:320