Son dəqiqə
Gömrükdə YENİ MƏRHƏLƏ: Auditdən sonra 6 fərqli qərar verilə bilərNövbədənkənar səyyar gömrük auditi hansı hallarda həyata keçiriləcək?Konqresin üzvlərinə Kral III Çarlzla görüş üçün sərt təlimatlar verilib?Maliyyə Nazirliyinə Aparat rəhbəri təyin edilibSahibkarlar üçün YENİLİK: Səyyar gömrük auditi necə aparılacaq?Daha 33 ailənin Xocalı həsrətinə son qoyuldu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ Kubanı xarici kəşfiyyat xidmətlərinə şərait yaratmaqda günahlandırır
ABŞ Kubanı xarici kəşfiyyat xidmətlərinə şərait yaratmaqda günahlandırır
Dünya

ABŞ Kubanı xarici kəşfiyyat xidmətlərinə şərait yaratmaqda günahlandırır

Bu gün
13:56
0 baxış
Paylaş:

ABŞ Dövlət katibi Marko Rubio Kuba rəhbərliyini Birləşmiş Ştatların rəqibləri olan dövlətlərin kəşfiyyat xidmətləri nümayəndələrinə öz ərazisindən istifadəyə şərait yaratmaqda günahlandırıb.

ABŞ Dövlət katibi Marko Rubio Kuba rəhbərliyini Birləşmiş Ştatların rəqibləri olan dövlətlərin kəşfiyyat xidmətləri nümayəndələrinə öz ərazisindən istifadəyə şərait yaratmaqda günahlandırıb.

Gundem.today xəbər verir ki, bu barədə EFE agentliyi onun bu sözlərindən sitat gətirib.

"Biz Amerikanın düşmənlərinin bizdən 90 mil (təxminən 145 km) məsafədə hərbi bazalar və ya kəşfiyyat əməkdaşları yerləşdirməsinə dözmək niyyətində deyilik", - deyə o bildirib.

Qeyd olunub ki, Rubio hər hansı bir ölkənin adını xüsusi çəkməsə də, agentlik Kubanın əvvəlcə SSRİ, daha sonra isə Rusiya ilə olan çoxillik tarixi əlaqələrinə diqqət çəkir. Bununla yanaşı, son onilliklər ərzində Havana iqtisadi və texnoloji sahələrdə Çinlə də əməkdaşlığını genişləndirməkdədir.

"Orada müsbət dəyişikliklər yalnız ciddi iqtisadi islahatlar sayəsində baş verə bilər. Lakin bu, iqtisadi baxımdan səriştəsiz olan hazırkı rəhbərliklə qeyri-mümkündür", - deyə Kubadakı mövcud vəziyyəti şərh edən dövlət katibi əlavə edib.

Agentlik xatırladıb ki, ABŞ Prezidenti Donald Trampın Administrasiyası bu ilin yanvar ayından etibarən Kubaya qarşı təzyiqləri daha da gücləndirib. Havanaya qarşı yanacaq tədarükünə qadağa tətbiq edilib. Bundan əlavə, Tramp Kubada hakimiyyət dəyişikliyinin zəruriliyini dəfələrlə dilə gətirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Marko_Rubio#ABŞ#Kuba#kəşfiyyat_xidmətləri#Donald_Tramp#Havana#hərbi_bazalar#Rusiya#Çin.

Oxşar Xəbərlər

Konqresin üzvlərinə Kral III Çarlzla görüş üçün sərt təlimatlar verilib?Dünya

Konqresin üzvlərinə Kral III Çarlzla görüş üçün sərt təlimatlar verilib?

ABŞ Konqresinin üzvlərinə Böyük Britaniya Kralı III Çarlzla görüş zamanı riayət edilməsi vacib olan sərt etiket təlimatları təqdim edilib.

Bu gün
14:140
Qazaxıstanda MDB-nin ən böyük kölgə kriptovalyuta xidmətlərindən biri ləğv edildiDünya

Qazaxıstanda MDB-nin ən böyük kölgə kriptovalyuta xidmətlərindən biri ləğv edildi

Qazaxıstan Respublikasının Maliyyə Monitorinqi Agentliyi (FMA) MDB məkanında fəaliyyət göstərən nəhəng qeyri-qanuni kriptovalyuta platforması olan "RAKS Exchange"in bağlandığını elan edib. Qeyd olunan təşkilat rəqəmsal vəsaitlərdən istifadə edərək pulların nağdlaşdırılması və qeyri-qanuni yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə məşğul olub.

Bu gün
14:060
Avstraliyada təyyarə anqara çırpıldı: İki nəfər öldü, xeyli yaralı var - VİDEODünya

Avstraliyada təyyarə anqara çırpıldı: İki nəfər öldü, xeyli yaralı var - VİDEO

Avstraliyanın Adelaida bölgəsinin Parafild hava limanında kiçikmühərrikli təyyarə qəzaya uğrayıb.

Bu gün
13:480
Tramp əlində avtomatla İranı hədələdi - FOTODünya

Tramp əlində avtomatla İranı hədələdi - FOTO

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Tehranın nüvə sazişi üzrə danışıqlar aparmaq qabiliyyətinə malik olmadığını bəyan edib.

Bu gün
13:320