Son dəqiqə
Elxan Mikayılova vəzifə verildiÇexiya Azərbaycandan ildə 2 milyard kubmetrə qədər qaz almağı planlaşdırırNəcibə Nəsibovanın yerinə yeni TƏYİNATTürkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədirAndrey Babiş İlham Əliyevi Çexiyaya dəvət etdiRusiyadan avropalı məmurlarla bağlı qadağa
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. WUF13 çərçivəsində jurnalistlər üçün məlumatlandırma sessiyası keçirilib - FOTO
WUF13 çərçivəsində jurnalistlər üçün məlumatlandırma sessiyası keçirilib - FOTO
Cəmiyyət

WUF13 çərçivəsində jurnalistlər üçün məlumatlandırma sessiyası keçirilib - FOTO

Bu gün
18:04
0 baxış
Paylaş:

Aprelin 27-də Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirilib.

Aprelin 27-də Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirilib.

Gundem.today xəbər verir ki, açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, WUF13 kimi beynəlxalq platformalar dayanıqlı şəhərsalma yanaşmalarının müzakirəsi və qabaqcıl təcrübələrin paylaşılması baxımından mühüm əhəmiyyət kəsb edir, bu baxımdan media nümayəndələrinin mövzunu detallı dəyərləndirməsi və düzgün kontekstdə ictimaiyyətə çatdırması xüsusi önəm daşıyır.

ADA Universitetinin akademik işlər üzrə prorektorunun müşaviri, ixtisasartırma proqramlarının rəhbəri Aygün Hacıyeva universitetin Medianın İnkişafı Agentliyi və mətbuat nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. O, son illər ərzində 600-ə yaxın media təmsilçisinin milli və qlobal əhəmiyyətli mövzularda təlimlərə cəlb olunmasını ölkədə media maarifləndirilməsinə verilən mühüm töhfə kimi qiymətləndirib. Aygün Hacıyeva, həmçinin ADA Universitetinin müasir şəhərsalma və dayanıqlılıq məsələlərinə xüsusi önəm verdiyini qeyd edib.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) kommunikasiya direktoru Katerina Bezqaçina çıxışında WUF13-ün Azərbaycanda keçirilməsinin media üçün unikal imkanlar yaratdığını vurğulayıb. O qeyd edib ki, bu tədbir jurnalistlərə qlobal səviyyəli ekspertlərlə birbaşa ünsiyyət qurmaq, beynəlxalq təcrübəni yaxından izləmək və şəhərsalma sahəsində ən aktual mövzuları yerində işıqlandırmaq imkanı təqdim edəcək.

Məlumatlandırma sessiyası çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv məzmun şöbəsinin müdiri Cəmilə İsmayılzadə "WUF13 mövzuları, dialoqlar", Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma və memarlıq şöbəsinin rəhbəri Çağrı Kərimzadə "Bakı şəhəri üzrə Baş Plan", WUF13 Azərbaycan Əməliyyat Şirkətinin inklüziv tədbirlərin planlaşdırılması üzrə baş koordinatoru Səbinə Məmmədova və müyəssərlik və inklüzivlik üzrə tədbir meneceri Leyla Səfərli "WUF13 tədbirində müyəssərlik və inklüzivlik", Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Nərgiz Gülmalıyeva isə "Yaşıl nəqliyyat, mikromobillik" mövzusunda çıxış ediblər.

Diqqətə çatdırılıb ki, WUF13 çərçivəsində müzakirə olunan mövzular müasir şəhərsalma yanaşmalarının əsas istiqamətlərini əhatə etməklə dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılması, şəhərlərin strateji planlaşdırılması, eləcə də ekoloji cəhətdən səmərəli nəqliyyat həllərinin tətbiqi kimi mühüm məsələləri bir araya gətirir. Sözügedən yanaşmaların kompleks şəkildə tətbiqi isə şəhər həyatının keyfiyyətinin yüksəldilməsinə və uzunmüddətli inkişafın təmin olunmasına xidmət edir.

Məlumatlandırma sessiyasının sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#WUF13#Ümumdünya_Şəhərsalma_Forumu#Medianın_İnkişafı_Agentliyi#ADA_Universiteti#dayanıqlı_şəhərsalma#Bakının_Baş_Planı#yaşıl_nəqliyyat#inklüzivlik#UN-Habitat#media_sessiyası

Oxşar Xəbərlər

Elxan Mikayılova vəzifə verildiCəmiyyət

Elxan Mikayılova vəzifə verildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sabiq aparat rəhbəri Elxan Mikayılova yeni vəzifə verilib.

Bu gün
19:120
Nəcibə Nəsibovanın yerinə yeni TƏYİNATCəmiyyət

Nəcibə Nəsibovanın yerinə yeni TƏYİNAT

Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir Nəcibə Nəsibova tutduğu vəzifədən ayrılıb.

Bu gün
19:000
Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqCəmiyyət

Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (metronun "Ulduz" stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu gün
18:420
Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək - Proqramlara dəyişiklik edildiCəmiyyət

Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək - Proqramlara dəyişiklik edildi

WUF13 Festivalının axşam proqramlarında müəyyən dəyişikliklər edilib.

Bu gün
18:370