
Polşada sirli qəbiristanlıq: Meyitlər üzüaşağı dəfn edilib - FOTO
Polşada XVIII əsrə aid qəbiristanlıqda onlarla qeyri-adi məzar aşkar edilib.
Polşada XVIII əsrə aid qəbiristanlıqda onlarla qeyri-adi məzar aşkar edilib.
Gundem.today xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.
Arxeoloqlar hesab edirlər ki, həmin ərazidə cəmiyyətin qorxduğu və ya qəbul etmədiyi insanların qalıqları dəfn olunub.
Sözügedən qəbiristanlıqda üzərlərində oraqlar və qıfıllar yerləşdirilmiş məzarlar tapılıb.
Tədqiqatçılar bu qəribə tapıntıları vampir inancları ilə əlaqələndiriblər.
"Bəzi məzarlarda meyitlər üzüaşağı dəfn olunub. Bu ənənənin ölülərin dirilməsinin qarşısını almağa yönəldiyi güman edilir. Digər məzarlarda isə boyun nahiyəsinə sıxılmış oraqlar və ya bədənin müxtəlif hissələrinə qoyulmuş daşlar aşkar edilib", - deyə nəşrdə bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıArıqladıqca dərinin sallanmasının əsas səbəbləri açıqlandı
"35 yaşından sonra dərinin sallanmasının qarşısını almaq üçün yavaş-yavaş və diqqətlə arıqlamaq vacibdir".
MaraqlıD vitamininin ziyanlı tərəfi üzə çıxdı
"D vitamininin lazımi testlər və həkimlə məsləhətləşmədən qəbul edilməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər".
MaraqlıQorxulu görünüşlü mumiya hərraca çıxarılır
Yaponiyanın Fukuşima bölgəsində qeyri-adi qalıqlar tapılıb və onlar artıq "mumiya su pərisi" kimi adlandırılır. Tapıntı köhnə bir evdə aşkar edilib. Məlumata görə, bu varlığın iti dişləri, iri ətrafları və balıq quyruğunu xatırladan hissəsi var.
MaraqlıRusiyalı mütəxəssis: "Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"
"Yaxın 10-15 il ərzində alimlər insan ömrünü ən azı 10 il uzada biləcəklər".