
Rusiyalı mütəxəssis: "Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"
"Yaxın 10-15 il ərzində alimlər insan ömrünü ən azı 10 il uzada biləcəklər".
"Yaxın 10-15 il ərzində alimlər insan ömrünü ən azı 10 il uzada biləcəklər".
Gundem.today "RBK Life"a istinadən xəbər verir ki, bunu genetik mühəndislik üzrə rusiyalı mütəxəssis Pavel Volçkov deyib.
Onun sözlərinə görə, buna erkən diaqnostika və fərdiləşdirilmiş terapiya sayəsində nail olmaq mümkün olacaq:
"Bu gün dərman preparatlarının əksəriyyəti kifayət qədər sadə prinsiplərlə, XX əsrin məntiqi əsasında hazırlanıb: onlar kömək edir, lakin hər zaman xəstəliyin səbəbini dəqiq hədəf ala bilmir. Bu yanaşmanı problemin kökünə daha yaxın müdaxilə edən və eyni zamanda daha az yan təsirə malik dəqiq və ağıllı texnologiyalarla əvəz etmək mümkündür".
Mütəxəssis qeyd edib ki, müasir texnologiyalar xəstəlikləri daha erkən mərhələdə aşkar etməyə və hər bir xəstə üçün fərdi dərman preparatları hazırlamağa imkan verir. Onun fikrincə, bu yanaşma müalicə sistemini köklü şəkildə dəyişə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıArıqladıqca dərinin sallanmasının əsas səbəbləri açıqlandı
"35 yaşından sonra dərinin sallanmasının qarşısını almaq üçün yavaş-yavaş və diqqətlə arıqlamaq vacibdir".
MaraqlıPolşada sirli qəbiristanlıq: Meyitlər üzüaşağı dəfn edilib - FOTO
Polşada XVIII əsrə aid qəbiristanlıqda onlarla qeyri-adi məzar aşkar edilib.
MaraqlıD vitamininin ziyanlı tərəfi üzə çıxdı
"D vitamininin lazımi testlər və həkimlə məsləhətləşmədən qəbul edilməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər".
MaraqlıQorxulu görünüşlü mumiya hərraca çıxarılır
Yaponiyanın Fukuşima bölgəsində qeyri-adi qalıqlar tapılıb və onlar artıq "mumiya su pərisi" kimi adlandırılır. Tapıntı köhnə bir evdə aşkar edilib. Məlumata görə, bu varlığın iti dişləri, iri ətrafları və balıq quyruğunu xatırladan hissəsi var.