
Premyer Liqa: Prinsipial görüşdə "Sabah" "Qarabağ"ı məğlub etdi - VİDEO
Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Gundem.today xəbər verir ki, günün ikinci matçında "Qarabağ" "Sabah"la üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
45-ci dəqiqədə Abdulla Xaybullayev fərqlənib. Yarımmüdafiəçi 46-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. "Sabah" birinci hissədə penalti zərbəsindən yararlana bilməyib.
Xallarının sayını 69-a çatdıran "Sabah" çempionluğa daha da yaxınlaşıb. İkinci sıradakı "Qarabağ"ın 56 xalı var. Qeyd edək ki, Ağdam klubunun ehtiyatda bir matçı var.
Günün ilk görüşündə "Karvan-Yevlax" "Şamaxı"nı minimal hesabla üstələyib - 1:0.
Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.
Azərbaycan Premyer Liqasının XXVIII turunda "Karvan-Yevlax" doğma divarlar arasında "Şamaxı"ya qalib gəlib.
Gundem.today xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma ev sahiblərinin minimal hesablı (1:0) qələbəsi ilə başa çatıb.
Yeganə qolu 39-cu dəqiqədə Coy-Slayd Mikels vurub.
Bu nəticədən sonra Yevlax təmsilçisi xallarını 14-ə çatdırıb. "Karvan-Yevlax" turnir cədvəlinin sonuncu pilləsində, Şamaxı təmsilçisi isə 32 xalla 8-ci sırada yer alıb.
Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.
Gundem.today xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma nəzərdə tutulub.
İlk olaraq "Şamaxı" səfərdə "Karvan-Yevlax"ın qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək.
Günün ikinci matçında çempionluğa iddialı komandalar - "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Sabah" hazırda 66 xalla vahid liderdir. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 56 xalla ikinci sıradadır. Məhz buna görə, sözügedən matç çempionluq yolunda ən həlledici görüşlərdən biri hesab olunur.
Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanİtaliya A Seriyası: "Napoli" çempionluq mübarizəsində vacib xallar itirdi
İtaliya A Seriyasının 33-cü turunda "Napoli" klubu "Latsio"nu qəbul edib.
İdmanİtaliya A Seriyası: "Napoli" çempionluq mübarizəsində vacib xallar itirdi - VİDEO
İtaliya A Seriyasının 33-cü turunda "Napoli" klubu "Latsio"nu qəbul edib.
İdmanAzərbaycanın beş güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb
Türkiyənin Antalya şəhərində U-20 yaş qrupu üzrə keçirilən "Çempionlar" turnirinin ilk günündə Azərbaycanın beş güləşçisi fəxri kürsüyə yüksəlib.
İdmanQadınlardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazandı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirib.