
Premyer Liqa: "Qəbələ" "İmişli"ni, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edir
Misli Premyer Liqasında XXVII tura bu gün yekun vurulacaq.
Misli Premyer Liqasında XXVII tura bu gün yekun vurulacaq.
Gundem.today xəbər verir ki, sonuncu oyun günündə iki matç keçiriləcək.
İlk olaraq "İmişli" "Qəbələ"nin qonağı olacaq. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək. Bu turdan əvvəl meydan sahibləri 19 xalla 11-ci, qonaqlar 23 xalla 9-cu pillədə qərarlaşıblar.
Günün ikinci oyununda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Tovuz şəhər stadionunda təşkil olunacaq görüş saat 18:00-da başlayacaq. Tovuz klubu 49 xalla ikinci, "Sumqayıt" 32 xalla yeddinci sıradadır.
Xatırladaq ki, turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanMirça Luçeskunun ölüm səbəbi açıqlandı
"Gazeta Sporturilor" nəşrinin direktoru və Mirça Luçeskunun yaxın dostu Ovidiu İoanitsoaya rumın mütəxəssisin ölümü barədə danışıb.
İdman"Fənərbağça" səfərdə böyük hesabla qalib gəlib - VİDEO
Türkiyə Super Liqasının 29-cu turunda "Fənərbağça" səfərdə "Kayserispor"u 4:0 hesabı ilə məğlub edib.
İdman"Barselona" "Espanyol"u darmadağın etdi - VİDEO
İspaniya La Liqasının 31-ci turunda "Barselona" "Espanyol"u 4:1 hesabı ilə məğlub edib.
İdman"Bavariya" Bundesliqada 54 illik qol rekordunu yeniləyib
Almaniyanın "Bavariya" klubu Bundesliqa mövsümündə vurduğu 103-cü qolla öz rekordunu yeniləyib.