
Premyer Liqa: "Şamaxı" öz meydanında "Kəpəz"i üstələdi - VİDEO
Misli Premyer Liqasında 29-cu turun daha bir oyunu keçirilib.
Misli Premyer Liqasında 29-cu turun daha bir oyunu keçirilib.
Gundem.today xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edib.
Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0.
68-ci dəqiqədə Rikardo Apolinario, 75-ci dəqiqədə Andrey Tirkoveanu fərqlənib.
Qələbə sayəsində xallarının sayını 35-ə çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. "Kəpəz" 21 xalla 10-cudur.
Qeyd edək ki, Günün ikinci matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.
Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.
Misli Premyer Liqasında 29-cu turun daha iki oyunu bu gün keçiriləcək.
Gundem.today xəbər verir ki, ilk olaraq "Şamaxı" "Kəpəz"i qəbul edəcək.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.
Meydan sahibləri 32 xalla 8-ci, Gəncə klubu 21 xalla 10-cu pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Neftçi" və "Qarabağ" münasibətlərə aydınlıq gətirəcəklər.
"Palms Sports Arena"da matç saat 19:00-da başlayacaq. Ağdam təmsilçisi 56 xalla ikinci, "ağ-qaralar" 44 xalla dördüncüdür.
Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanPremyer Liqa: "Qarabağ" "Neftçi" oyununda altı qol vuruldu - VİDEO
Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.
İdmanPremyer Liqa: "Neftçi" - "Qarabağ" oyununda altı qol vuruldu - VİDEO
Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.
İdmanAzərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokunda final döyüşlərinə start verilib. Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.
İdmanPremyer Liqa: "Şamaxı" öz meydanında "Kəpəz"i üstələdi
Misli Premyer Liqasında 29-cu turun daha bir oyunu keçirilib.