
Nazirlər Kabinetindən arxiv sahəsi üzrə YENİ QƏRAR
Azərbaycan Respublikası Nazirlər Kabineti arxiv sahəsi ilə bağlı yeni qərar qəbul edib.
Azərbaycan Respublikası Nazirlər Kabineti arxiv sahəsi ilə bağlı yeni qərar qəbul edib.
Gundem.today xəbər verir ki, qərara əsasən, "Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə təsdiq olunub.
Sənədə görə, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sistemin aparılması, fəaliyyətinin təşkili, saxlanılması və inkişaf etdirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb. Həmçinin qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə sistemin müvafiq dövlət reyestrlərinə daxil edilməsi istiqamətində işlər görəcək.
Bundan başqa, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sistemin formalaşdırılması və inteqrasiyası ilə bağlı Prezident fərmanından irəli gələn tədbirlərin icrasını təmin etməlidir.
Qərarla eyni zamanda Nazirlər Kabinetinin 2024-cü il 9 fevral tarixli 80 nömrəli qərarında dəyişiklik edilib. Belə ki, "Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları"nda bir sıra terminoloji dəyişikliklər aparılıb, bəzi müddəalar isə ləğv olunub.
Dəyişikliklərə əsasən, sənədlərdə "Vahid Elektron Arxiv Məlumat Sistemi (VEAMS)" ifadəsi "Vahid elektron arxiv" informasiya sistemi ilə əvəz edilib və müvafiq bəndlər buna uyğunlaşdırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİllər sürən həsrətin sonu: Bu gün köç edən 68 ailəyə mənzillərin açarları təqdim edildi - FOTO - VİDEO
Doğma yurduna aprelin 28-də yola salınan köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə və Qırmızı Bazar qəsəbəsinə çatıb.
Siyasətİllər sürən həsrətin sonu: Xocavənd bu gün əzəli sahiblərini qarşıladı - FOTO - VİDEO
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
Siyasətİlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SiyasətPrezident iki quruma yeni səlahiyyətlər verdi
"Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanında dəyişiklik edilib.