
Bakıda beynəlxalq kənd təsərrüfatı və qida sərgilərinə dair mətbuat konfransı keçirilib - FOTO
Bu gün "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Bu gün "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Gundem.today-ın məlumatına görə, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və sərgi təşkilatçıları iştirak ediblər.
Sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, mayın 5-8-də Bakı Ekspo Mərkəzində təşkil olunacaq 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, həmçinin "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisinə maraq artıb.
O bildirib ki, artıq 45 ölkədən ümumilikdə 447 şirkət sərgilərdə iştirakını təsdiqləyib. Halbuki daha əvvəl 30-dan çox ölkədən 300-dən artıq şirkətin qatılacağı açıqlanmışdı:
"Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Kot-d`İvuar, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxıstan, Rusiya, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tailand, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə edir.
Qeyd edək ki, indiyədək "Caspian Agro" adı ilə tanınan sərgi bu ildən "Caspian Agro Week" adı altında keçiriləcək. Tədbir çərçivəsində Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar formatında kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatAzərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.
İqtisadiyyatİçərişəhərin Qala divarlarının bərpa-gücləndirmə işləri aparılacaq
İçərişəhərin Qala divarlarının İsmailiyyə sarayına bitişik hissəsində bərpa-gücləndirmə işləri aparılacaq.
İqtisadiyyatÇexiya Azərbaycandan ildə 2 milyard kubmetrə qədər qaz almağı planlaşdırır
Çexiya Azərbaycandan ildə 2 milyard kubmetrə qədər təbii qaz almağı nəzərdə tutur.
İqtisadiyyatAzərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
Ölkəyə idxal edilən bəzi yanacaq növləri üzrə aksiz dərəcələri dəyişdirilib.