
"Qalatasaray"da böyük dəyişiklik: Hücum xətti yenidən qurulur
"Qalatasaray" klubu yay transfer pəncərəsi üçün hazırlıqlara başlayıb.
"Qalatasaray" klubu yay transfer pəncərəsi üçün hazırlıqlara başlayıb.
Gundem.today "Haber Global"a istinadən xəbər verir ki, yeni mövsümdə Viktor Osimheni heyətində saxlamaq istəyən "Qalatasaray" Mauro İkardi ilə yollarını ayırmağa hazırlaşır.
Osimhenə əvəzedici hücumçu axtaran "sarı-qırmızılılar", "Başakşəhər"də çıxış edən milli futbolçu Bertuğ Yıldırımı transfer siyahısına əlavə edib.
"Qalatasaray" mövsüm başa çatan kimi "Başakşəhər" rəhbərliyi ilə masa arxasına əyləşərək, Bertuğ Yıldırımın transferi üçün rəsmi danışıqlara başlayacaq.
"Qalatasaray" "Portu"nun formasını geyinən digər Deniz Gülü də yaxından izləyir. Osimhenlə birlikdə yeni mövsümə ümumilikdə 3 hücumçu ilə daxil olmaq istəyən "sarı-qırmızılılar"ın, "Portu"da müntəzəm olaraq forma şansı qazanmağa başlayan Deniz Gül üçün də bütün imkanlarını səfərbər edəcəyi bildirilib.
Qeyd edək ki, "Qalatasaray"da Mauro İkardinin müqaviləsi iyun ayında başa çatacaq. "Sarı-qırmızılılar" 10 milyon avroluq maaşında güzəştə getməyəcəyi üçün ulduz futbolçu ilə yola davam etməmək qərarını alıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanZinəddin Zidanın oğlunun başına iş gəldi: Meydandan yarımçıq çıxdı
İspaniya çempionatının ikinci divizionunda baş tutan "Almeriya" ilə qarşılaşmada "Qranada"nın və Əlcəzair milli komandasının qapıçısı Luka Zidan ağır zədə alıb.
İdman"Fənərbağça"dan MÜHÜM QƏRAR: Növbəti prezident seçkisinin tarixi rəsmiləşdi
"Fənərbağça" klubunda maraqla gözlənilən növbəti prezident seçkisinin dəqiq tarixi artıq bəlli olub.
İdmanDünya çempionatında sarı vərəqə qaydaları dəyişir? - YENİ QƏRAR
Futbolçuların pley-off mərhələsinin həlledici oyunlarını buraxma riskini minimuma endirmək məqsədilə dünya çempionatında qrup mərhələsinin, eləcə də 1/4 finalın yekunlarına əsasən bütün sarı vərəqələrin ləğv edilməsi planlaşdırılır.
İdmanPSJ-nin "Bavariya" ilə oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilir.