Son dəqiqə
Britaniyada siqaret satışı ilə bağlı "ömürlük qadağa" - Qaydalar sərtləşdirilirABŞ-nin raket ehtiyatlarının bərpası 5 il çəkə bilərAlimlərdən ağlagəlməz proqnoz: Yerin fırlanması yavaşlayır, sutka 25 saat olacaqEnn Heteuey dünyanın ən gözəl qadını seçilib - FOTOMbappe şəxsi rekord müəyyənləşdirdiAvropanın daha bir ölkəsi nüvə dövlətinə çevrilir: Regionda yeni vəziyyət yaranır - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? - VİDEO
Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? - VİDEO
Siyasət

Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? - VİDEO

Bu gün
01:30
0 baxış
Paylaş:

İran ətrafında baş verən son hadisələr bir daha göstərir ki, Tehran üçün danışıqlar yalnız diplomatik proses yox, həm də ciddi siyasi və psixoloji oyundur. İlk baxışdan ziddiyyətli görünən iki mesaja diqqət yetirək. Bir tərəfdən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirir ki, ölkə "təhdid kölgəsi altında" ABŞ ilə danışıqlara getməyəcək. Digər tərəfdən isə İranın yeni Ali Lideri Müctəba Xamenei İslamabadda keçiriləcək danışıqlara "yaşıl işıq" yandırır.

İran ətrafında baş verən son hadisələr bir daha göstərir ki, Tehran üçün danışıqlar yalnız diplomatik proses yox, həm də ciddi siyasi və psixoloji oyundur. İlk baxışdan ziddiyyətli görünən iki mesaja diqqət yetirək. Bir tərəfdən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirir ki, ölkə "təhdid kölgəsi altında" ABŞ ilə danışıqlara getməyəcək. Digər tərəfdən isə İranın yeni Ali Lideri Müctəba Xamenei İslamabadda keçiriləcək danışıqlara "yaşıl işıq" yandırır.

Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Bu ziddiyyət, əslində, təsadüfi deyil. Tehran burada incə balans qurmağa çalışır, həm daxili auditoriyaya, həm də xarici aktorlara mesaj verir ki, İran heç bir gücün təzyiqi altında danışıqlara getmir. Qalibafın sərt bəyanatları məhz bu məqsədə xidmət edir. Yəni Tehran ABŞ Prezidenti Donald Trampın təzyiq siyasətinə boyun əymir.

Eyni zamanda Müctəba Xameneinin danışıqlara "yaşıl işıq" yandırması İranın diplomatiyadan da imtina etmədiyini göstərir. Sadəcə olaraq Tehran istəyir ki, bu proses təzyiqin nəticəsi kimi yox, suveren qərar kimi təqdim olunsun. Bu isə klassik "ikixətli strategiya"dır.

Birinci xətt - ictimai ritorika: sərt, kompromissiz və müqavimət üzərində qurulub. İkinci xətt - pərdəarxası diplomatiya: real danışıqlar, kompromis axtarışı və vaxt qazanmaq məqsədi daşıyır.

Məhz buna görə də İran rəsmiləri bir tərəfdən danışıqları rədd edir, digər tərəfdən isə nümayəndə heyətinin Pakistana göndərilməsi ehtimalını açıq saxlayır.

Lakin məsələ təkcə xarici siyasət deyil. İran daxilində də ciddi fikir ayrılıqları mövcuddur. Xüsusilə SEPAH, yəni İnqilab Keşikçiləri Korpusu daha sərt mövqedə dayanır. Onlar hesab edirlər ki, ABŞ-nin dəniz blokadasının davam etdiyi müddətdə danışıqlar aparmaq zəiflik göstəricisi olardı. Digər tərəfdən isə diplomatik qanad, xüsusilə Xarici İşlər Nazirliyi və bəzi siyasi fiqurlar gərginliyin azaldılmasının tərəfdarıdırlar. Bu daxili balans, daha doğrusu, balanssızlıq qərarların gecikməsinə və ziddiyyətli açıqlamalara səbəb olur.

Vaşinqton isə tam fərqli yanaşma sərgiləyir. Onlar maksimalist tələblər irəli sürərək sürətli nəticə istəyirlər. Bu tələblər sırasında nüvə proqramının tam dayandırılması, zənginləşdirmənin sıfırlanması və hərbi infrastrukturların məhdudlaşdırılması da var. Tehran isə bu tələbləri faktiki olaraq "təslim sənədi" kimi qiymətləndirir.

Bütün bunların fonunda Pakistanın vasitəçilik rolu ön plana çıxır. İslamabad hər iki tərəf üçün nadir, etibarlı platformaya çevrilib və onun əsas məqsədi ən azı atəşkəsin uzadılmasıdır. Analitiklər hesab edirlər ki, hazırkı mərhələdə tam razılaşma real deyil. Ən real ssenari vaxt qazanmaq və müvəqqəti razılaşma əldə etməkdir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Donald_Tramp#Seyid_Əli_Xamenei#İslam_İnqilabı_Keşikçiləri_Korpusu_(SEPAH)#Müctəba_Xamenei

Oxşar Xəbərlər

Avropanın daha bir ölkəsi nüvə dövlətinə çevrilir: Regionda yeni vəziyyət yaranır - VİDEOSiyasət

Avropanın daha bir ölkəsi nüvə dövlətinə çevrilir: Regionda yeni vəziyyət yaranır - VİDEO

Polşa Avropada nüvə təhlükəsizliyi üzrə əməkdaşlığı genişləndirməyi hədəfləyən Fransanın "Qabaqcıl Çəkindirmə" təşəbbüsünə qoşulub.

Bu gün
02:000
İnformasiya cəbhəsində "süni intellekt savaşı": İranın satirik videoları nəyi hədəfləyir? - VİDEOSiyasət

İnformasiya cəbhəsində "süni intellekt savaşı": İranın satirik videoları nəyi hədəfləyir? - VİDEO

ABŞ-İran qarşıdurması təkcə diplomatik masada və meydanda davam etmir.

Bu gün
01:480
Kaya Kallas: "Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşıdır"Siyasət

Kaya Kallas: "Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşıdır"

"Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri vurğulayıblar ki, Avropa Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyində strateji dərəcədə maraqlıdır".

Bu gün
23:120
Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedibSiyasət

Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 21-də Regional Ekoloji Sammitdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfərə gedib.

Bu gün
21:280