
Qazaxıstanda Enrike İqlesiasın konsertində qeyri-adi məhdudiyyət tətbiq olunacaq
Dünyaşöhrətli ispaniyalı ifaçı Enrike İqlesiasın Qazaxıstanda keçirəcəyi konsert proqramı zamanı qadın pərəstişkarları öpməsinə icazə verilməyəcək.
Dünyaşöhrətli ispaniyalı ifaçı Enrike İqlesiasın Qazaxıstanda keçirəcəyi konsert proqramı zamanı qadın pərəstişkarları öpməsinə icazə verilməyəcək.
Gundem.today xəbər verir ki, bu məhdudiyyət barədə Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov məlumat verib.
Nazir müavini bildirib ki, konsert zamanı qanunvericiliyə zidd addımların atılmaması üçün məsələ ciddi şəkildə dəyərləndiriləcək:
"Müğənninin pərəstişkarını səhnəyə çıxararaq onu öpməsini nəzərdə tutan şou detalları Qazaxıstan cəmiyyətinin mənəvi və etik normalarına heç bir halda uyğun gəlmir".
Xatırladaq ki, 2022-ci ilin payızında Enrike İqlesias Las-Veqasdakı çıxışı zamanı bir pərəstişkarı ilə ehtiraslı öpüşünə görə kəskin tənqid olunmuşdu. Həmin vaxt sosial şəbəkə istifadəçiləri ifaçının evdə onu gözləyən sevgilisi - rusiyalı tennisçi Anna Kurnikova və övladları olduğu halda, bu cür davranış sərgiləməsini yolverilməz hesab etmişdilər.
Maraqlıdır ki, Anna Kurnikova indiyədək sevgilisinin pərəstişkarları ilə bu cür səmimi görüntülərinə dair heç bir rəsmi münasibət bildirməyib. Qazaxıstan tərəfi isə bu cür halların təkrarlanmaması üçün konsert təşkilatçılatçılarına öncədən xəbərdarlıq edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesReper "50 Cent" barədə sənədli serial çəkiləcək
Məşhur "Hulu" yayım platforması tanınmış reper 50 Cent (əsl adı Körtis Cekson) haqqında yeni sənədli serial təqdim edəcək. Üç hissədən ibarət olacaq ekran işi sənətçinin həyat və yaradıcılığının ən gizli məqamlarına işıq tutacaq.
Şou-biznes99-cu və 100-cü "Oskar" mərasimlərinin keçiriləcəyi tarixlər elan olunub
ABŞ Kino Sənəti və Elmləri Akademiyası "Oskar" mükafatının 99-cu və 100-cü təqdimat mərasimlərinin keçiriləcəyi tarixləri bəyan edib.
Şou-biznesİbrahim Tatlıses əməliyyat olunacaq
İstanbulda Reanimasiya şöbəsində müalicəsi davam edən məşhur türkiyəli müğənni İbrahim Tatlıses əməliyyat olunacaq.
Şou-biznesDilan Polat-Engin Polat cütülüyü boşanır: Bir-birinə sərt sözlər dedilər - FOTO
Türkiyədə çirkli pulların yuyulması istintaqı ilə əlaqədar saxlanılan və bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılan fenomenlər Dilan Polat və Engin Polat cütlüyü mübahisəli boşanma xəbərləri ilə yenidən gündəm olublar.