
ABŞ-də kiberpanika: Enerji və su sistemlərinə gizli hücumlar aşkarlandı
ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) ölkənin mühüm infrastruktur obyektlərindəki internetə bağlı cihazlara, xüsusən də proqramlaşdırıla bilən məntiq kontrollerlərinə (PLC) İranla bağlı haker qrupları tərəfindən edilən kiberhücumlar haqqında xəbərdarlıq yayıb.
ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) ölkənin mühüm infrastruktur obyektlərindəki internetə bağlı cihazlara, xüsusən də proqramlaşdırıla bilən məntiq kontrollerlərinə (PLC) İranla bağlı haker qrupları tərəfindən edilən kiberhücumlar haqqında xəbərdarlıq yayıb.
Gundem.today xəbər verir ki, bu barədə "The Hacker News" nəşri yazıb.
Qeyd olunub ki, bu cür müdaxilələr artıq PLC-lərin iş qabiliyyətinin zəifləməsi, ekran məlumatlarının saxtalaşdırılması, bəzi vəziyyətlərdə isə əməliyyat xətaları və maliyyə zərərləri ilə nəticələnib.
Bu kampaniya İran, ABŞ və İsrail arasında davam edən gərginlik fonunda ABŞ qurumlarına yönəlmiş kiberhücumların tərkib hissəsidir.
Əsas hədəflər sırasına dövlət idarələrində, su və kanalizasiya obyektlərində, həmçinin enerji sahəsində tətbiq edilən "Rockwell Automation" və "Allen-Bradley" şirkətlərinin kontrollerləri daxil edilib. Rəsmi qurumların məlumatına əsasən, kibercinayətkarlar qurbanların sistemlərinə etibarlı çıxış əldə etmək məqsədilə konfiqurasiya proqramları ilə birgə icarəyə götürülmüş kənar infrastrukturdan yararlanıblar. Sistemə daxil olduqdan sonra onlar məsafədən idarəetməni təmin etmək, layihə fayllarını ələ keçirmək və məlumatları dəyişdirmək üçün "Dropbear SSH" proqramını quraşdırıblar.
Qurumlara PLC cihazlarını internetdən təcrid etmək, məsafədən konfiqurasiya dəyişikliklərinə məhdudiyyət qoymaq, çoxfaktorlu identifikasiyanı tətbiq etmək, girişlərə nəzarət üçün təhlükəsizlik divarı (firewall) və ya proksilərdən istifadə etmək məsləhət görülür. Həmçinin cihazların dərhal yenilənməsi, istifadə edilməyən giriş mexanizmlərinin deaktiv edilməsi və şübhəli şəbəkə trafikinin izlənilməsi tövsiyə olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"General Motors" 270 mindən çox avtomobili geri çağırır
"Chevrolet", "Buick", "GMC" və "Cadillac" brendlərinin sahibi olan ABŞ-nin "General Motors" (GM) korporasiyası arxa görüntü kamerasındakı nasazlıq səbəbindən ölkə üzrə 271 700 nəqliyyat vasitəsini geri çağıracaq.
DünyaQlobal istiləşmə antibiotiklərə davamlı bakteriyaların çoxalmasına səbəb olur - Yeni araşdırma
Qlobal istiləşmə və iqlim dəyişiklikləri antibiotiklərə qarşı müqavimət göstərə bilən bakteriyaların çoxalmasına səbəb ola bilər.
Dünyaİnternet fenomeni olmuş "Punch" adlı meymuna görə Yaponiyada zooparka gələnlərin sayı rekord həddə çatıb - VİDEO
Anasını yumşaq oyuncağın əvəz etdiyi "Punch" ləqəbli makakaya görə Yaponiyadakı zooparka gələnlərin sayı rekord həddə çatıb.
DünyaÇinin hərbi sirləri oğurlandı: Haker superkompüteri sındıraraq petabaytlarla məlumat əldə edib
Çində dövlət superkompüterlərindən birinin haker hücumuna məruz qaldığı və oradan petabaytlarla (1 petabayt = 1 kvadrilyon bayt) məxfi məlumatın oğurlandığı ehtimal edilir.