
Qazaxıstandan Mingəçevirə gəldi, arvadına mesaj yazan qonşusunu öldürdü
Mingəçevirdə qonşusunun qətlində təqsirləndirilən Elvin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mingəçevirdə qonşusunun qətlində təqsirləndirilən Elvin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gundem.today-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Rəsulov 9 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, E.Rəsulov işləmək üçün Qazaxıstana gedib. Həmin vaxt qonşusu Bəxtiyar Həsənli Elvin Rəsulovun həyat yoldaşına mesajlar yazıb, onunla münasibət qurmaq istəyib. B.Həsənli Elvinin həyat yoldaşına dəfələrlə mesaj yazıb, uşağını soruşmaq bəhanəsi ilə onu narahat edib. Daha sonra Bəxtiyar qadına Elvinin Qazaxıstanda qızlarla ona xəyanət etdiyini deyib və bu barədə ona Elvinin videolarını göndərib.
Həyat yoldaşı bu barədə Elvinə məlumat verib. Elvin Qazaxıstandan Mingəçevirə qayıdıb, Bəxtiyarı görüşə çağırıb. Görüş zamanı tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Elvin Bəxtiyarı bıçaqlayıb.
Bəxtiyar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, əməliyyatdan sonra xəstəxanada vəfat edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatla E.Rüstəmov saxlanılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Hadisəİçərisində xəstə olan təcili yardım avtomobili qəzaya uğradı
Göygöldə yol-nəqliyyat hadisəsi olub.
HadisəUcarda vəhşi heyvan sakinlərə HÜCUM EDİB: Xəsarət alanların vəziyyəti açıqlandı - FOTO
"Aprelin 17-də saat 19 radələrində çaqqal hücumu səbəbi ilə xəsarət alan üç nəfər (biri kişi, ikisi qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə hospitalizasiya olunub".
HadisəUcarda vəhşi heyvan sakinlərə hücum edib: Xəsarət alanlar var - FOTO
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, xəsarət alanlar var.
HadisəAğcabədidə Kür çayında yarılan bənd tam bərpa edildi
Ağcabədidə Kür çayında yarılan bənd bərpa edilib.