
Ucarda vəhşi heyvan sakinlərə hücum edib: Xəsarət alanlar var - FOTO
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, xəsarət alanlar var.
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, xəsarət alanlar var.
Gundem.today APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Kənd sakini, 1954-cü il təvəllüdlü Güləndam Məmmədova həyətində çaqqal hücumuna məruz qalıb. Xəsarət alan G.Məmmədovanın köməyinə gələn qonşusu, 1959-cu il təvəllüdlü Musa Həsənov, həyat yoldaşı, 1961-ci il təvəllüdlü Fatma Həsənova da xəsarətlər alıblar. M.Həsənovanın barmağı amputasiya olunub.
Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, üç nəfər (bir kişi, iki qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə çaqqal dişləməsi diaqnozu ilə daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəQazaxıstandan Mingəçevirə gəldi, arvadına mesaj yazan qonşusunu öldürdü
Mingəçevirdə qonşusunun qətlində təqsirləndirilən Elvin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
HadisəAğcabədidə Kür çayında yarılan bənd tam bərpa edildi
Ağcabədidə Kür çayında yarılan bənd bərpa edilib.
HadisəAğcabədidə yeniyetmənin yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
Ağcabədi rayonunda baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub.
HadisəAğcabədidə güclü YANĞIN: Evdən yeniyetmənin meyiti tapıldı
Ağcabədi rayonunda baş verən yanğın zamanı ölən şəxsin kimliyi məlum olub.