Son dəqiqə
Şəkidə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralıların son vəziyyəti açıqlanıb - FOTOBEGOC Biznes Mərkəzində qanvermə aksiyası təşkil olunubPaytaxtda yeni dairəvi yollar qurulacaq - XƏRİTƏGürcü nazir: "Geosiyasi gərginliklər ərzaq qiymətlərinə təsir edir" - FOTOKeti Perri Bakıya gəlir - FOTO - VİDEOQəbiristanlıqda tapılan körpənin taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Qlobal gərginliklər Azərbaycana nə vəd edir? - İNFLYASİYA PROQNOZLARI AÇIQLANDI
Qlobal gərginliklər Azərbaycana nə vəd edir? - İNFLYASİYA PROQNOZLARI AÇIQLANDI
İqtisadiyyat

Qlobal gərginliklər Azərbaycana nə vəd edir? - İNFLYASİYA PROQNOZLARI AÇIQLANDI

Bu gün
10:48
0 baxış
Paylaş:

Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.

Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.

Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, baza ssenarisi üzrə may proqnozlarına görə, illik inflyasiyanın 2026-cı ildə 5.9%, 2027-ci ildə isə 4.5% olacağı gözlənilir.

Qeyd olunub ki, inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından irəli gəlir:

"Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir.

Tələb amillərinin fevral proqnozu ilə müqayisədə zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb. Ümumilikdə, may proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir.

Ötən iclasdan bəri artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaq.

Məlumat üçün qeyd edək ki, cari il üzrə beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən qlobal inflyasiya proqnozları da artım istiqamətində dəyişdirilib. Növbəti dövrlərdə idxal inflyasiyasının miqyası ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı nominal effektiv məzənnənin dinamikasından da asılı olacaq. İnflyasiya gözləntilərinin istehlakı ehtimal olunandan daha çox artırması isə başlıca daxili risk faktorları ilə əlaqədardır".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#inflyasiya#Mərkəzi_Bank#inflyasiya_proqnozu#iqtisadiyyat#qlobal_risklər#baza_ssenarisi#nominal_effektiv_məzənnə#ərzaq_qiymətləri#Azərbaycan_iqtisadiyyatı

Oxşar Xəbərlər

Gürcü nazir: "Geosiyasi gərginliklər ərzaq qiymətlərinə təsir edir" - FOTOİqtisadiyyat

Gürcü nazir: "Geosiyasi gərginliklər ərzaq qiymətlərinə təsir edir" - FOTO

"Geosiyasi gərginliklər və regional münaqişələr aqro-ərzaq dəyər zəncirlərini pozmaqda davam edir".

Bu gün
12:140
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara çatıb - FOTOİqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara çatıb - FOTO

"2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2.9 milyard ABŞ dolları və yaxud 3.4% artaraq 88 milyard ABŞ dollarına çatıb".

Bu gün
11:560
Azərbaycanda kənd təsərrüfatında istifadə edilən su ölçüləcək - FOTOİqtisadiyyat

Azərbaycanda kənd təsərrüfatında istifadə edilən su ölçüləcək - FOTO

"İstifadə etdiyimiz su ehtiyatlarının 70%-i kənd təsərrüfatının payına düşür".

Bu gün
11:400
"Yatırılan hər bir dollar beş dollar gəlir gətirir" - BMT rəsmisindən maraqlı faktİqtisadiyyat

"Yatırılan hər bir dollar beş dollar gəlir gətirir" - BMT rəsmisindən maraqlı fakt

"Kənd təsərrüfatına qoyulan hər bir dollar beş dollar gəlir gətirir".

Bu gün
10:440