
"Yatırılan hər bir dollar beş dollar gəlir gətirir" - BMT rəsmisindən maraqlı fakt
"Kənd təsərrüfatına qoyulan hər bir dollar beş dollar gəlir gətirir".
"Kənd təsərrüfatına qoyulan hər bir dollar beş dollar gəlir gətirir".
Gundem.today xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri və nümayəndəsi Nasar Hayat Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, hazırda müasir rəqəmsal inqilab dövründən keçirik:
"1960-cı illərdə genlər ətrafında bir inqilab baş verdi. Yeni sortlar yaradıldı, məşhur doktor Borlauq buğdanın yeni növünü təqdim edərək dünyanın daha çox insanının qidalanmasına töhfə verdi.
Hazırda isə biz müasir rəqəmsal inqilab dövründən keçirik. Bu rəqəmsal inqilab öz həlləri ilə gəlir. O, bahalıdır, tətbiqi çətindir, lakin məhz buna görə biz burada bir araya gəlmişik ki, bu imkanları hamı üçün əlçatan edək. Bu, sadəcə, arzu etdiyimiz bir məsələ deyil, zəruri bir addımdır. Çünki bunsuz qarşıya qoyulan hədəflərə nail ola bilməyəcəyik".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatGürcü nazir: "Geosiyasi gərginliklər ərzaq qiymətlərinə təsir edir" - FOTO
"Geosiyasi gərginliklər və regional münaqişələr aqro-ərzaq dəyər zəncirlərini pozmaqda davam edir".
İqtisadiyyatAzərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara çatıb - FOTO
"2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2.9 milyard ABŞ dolları və yaxud 3.4% artaraq 88 milyard ABŞ dollarına çatıb".
İqtisadiyyatAzərbaycanda kənd təsərrüfatında istifadə edilən su ölçüləcək - FOTO
"İstifadə etdiyimiz su ehtiyatlarının 70%-i kənd təsərrüfatının payına düşür".
İqtisadiyyatQlobal gərginliklər Azərbaycana nə vəd edir? - İNFLYASİYA PROQNOZLARI AÇIQLANDI
Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.