
Azərbaycanda kənd təsərrüfatında istifadə edilən su ölçüləcək - FOTO
"İstifadə etdiyimiz su ehtiyatlarının 70%-i kənd təsərrüfatının payına düşür".
"İstifadə etdiyimiz su ehtiyatlarının 70%-i kənd təsərrüfatının payına düşür".
Gundem.today xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu çərçivəndə keçirilən "İqlim, iqtisadi və təhlükəsizlik problemləri kontekstində ərzaq təhlükəsizliyi: regional perspektivlərin fərqləri və oxşarlıqları" adlı panel müzakirədə deyib.
O bildirib ki, ölkəmizdə suyun 30%-i isə məişət və sənaye sahələrində istifadə olunur:
"Amma maraqlıdır ki, həmin 30% üzrə hər yerdə sayğaclar var, lakin bu 70% üzrə demək olar ki, heç bir ölçmə aparılmır. Bu səbəbdən kənd təsərrüfatında suyun ölçülməsi qarşıdakı bir neçə il üçün əsas hədəflərdən biri olacaq. Suyun nə qədər istifadə olunduğunu anlaya bilək və onu fermerlərə necə yönləndirəcəyimizi müəyyənləşdirək".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatGürcü nazir: "Geosiyasi gərginliklər ərzaq qiymətlərinə təsir edir" - FOTO
"Geosiyasi gərginliklər və regional münaqişələr aqro-ərzaq dəyər zəncirlərini pozmaqda davam edir".
İqtisadiyyatAzərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara çatıb - FOTO
"2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2.9 milyard ABŞ dolları və yaxud 3.4% artaraq 88 milyard ABŞ dollarına çatıb".
İqtisadiyyatQlobal gərginliklər Azərbaycana nə vəd edir? - İNFLYASİYA PROQNOZLARI AÇIQLANDI
Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.
İqtisadiyyat"Yatırılan hər bir dollar beş dollar gəlir gətirir" - BMT rəsmisindən maraqlı fakt
"Kənd təsərrüfatına qoyulan hər bir dollar beş dollar gəlir gətirir".