
Rasim Balayev "Babək" filmində Məhəmməd Verdizadəyə necə dəstək olmuşdu? - FOTO
"Rasim Balayev dahi bir aktyor idi. Mənim həm sənət, həm də həyat müəllimim olub. Çox ağırdır onu itirmək. Amma yenə də bütün tamaşaçılar, aktyorlar - hamı bilir ki, aktyor ölməz. Rasim Balayev bundan sonra da hər birimizin evinə öz filmləri ilə qonaq gələcək, bu da bizə təskinlik olacaq".
"Rasim Balayev dahi bir aktyor idi. Mənim həm sənət, həm də həyat müəllimim olub. Çox ağırdır onu itirmək. Amma yenə də bütün tamaşaçılar, aktyorlar - hamı bilir ki, aktyor ölməz. Rasim Balayev bundan sonra da hər birimizin evinə öz filmləri ilə qonaq gələcək, bu da bizə təskinlik olacaq".
Bu sözləri Gundem.today-a açıqlamasında aktyor Məhəmməd Verdizadə deyib.
O bildirib ki, Rasim Balayev Azərbaycan kinosunun ən dahi aktyoru idi:
"Çünki "Nəsimi"nin "Babək"in adı onun adıyla yanaşı çəkilirdi".
"Rasim Balayev həmişə mənim yanımda olub. 1983-cü ildə bəzi səbəblərdən mən onu toyuma çağıra bilməmişdim. Toy başlayanda bir də gördüm ki, qapı açıldı və Rasim ailəsi ilə içəri daxil oldu. Mikrofonu götürüb dedi ki, sən çağırmasan da, mən sənin toyuna gələcəkdim. Belə bir insan idi. Onun haqqında xatirələr danışmaqla bitməz. "Babək" filmində mən "Babəkin oğlu" rolunu oynayanda üçüncü kurs tələbəsi idim. Bir yanda Səməndər Rzayev, bir yanımda Amaliya Pənahova, bir yanda Rasim Balayev - çox həyəcanlı idim. Amma Rasim Balayev mənə sona qədər dəstək oldu, həyəcanlanmağa imkan vermədi və rolumun öhdəsindən layiqincə gəlməyə kömək etdi. Allah rəhmət eləsin", - aktyor əlavə edib.
Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətFatma Mahmudova: "Rasim getdi və zaman onun kimisini bir daha yetirməyəcək" - VİDEO
"Böyük bir sənətkarı itirmişik. Rasim getdi və zaman onun kimisini bir daha yetirməyəcək. Belə bir aktyor, belə bir dahi, belə bir istedad bu səhnəyə bir daha gəlməyəcək".
MədəniyyətBaba Vəziroğlu: "Rasim Balayevin ölümü mənim şəxsi faciəmdir"
"Rasim Balayevin ölümü mənim şəxsi faciəmdir".
MədəniyyətRamiz Rövşən: "Rasim Balayev istedadı və şəxsiyyəti bir-birini tamamlayan insanlardan idi" - VİDEO
"Azərbaycan mədəniyyəti üçün bu, çox böyük itkidir. Rasim Balayev istedadı və şəxsiyyəti bir-birini tamamlayan insanlardan idi".
MədəniyyətŞeyx Əbdül: "Azərbaycan xalqının böyük bir kino mərhələsini axirət dünyasına yola salırıq" - VİDEO
"Azərbaycan xalqının böyük bir kino mərhələsini axirət dünyasına yola salırıq. Ora da bir az zənginləşsin".