
"Real Madrid" Mbappeni "itirdi"
"Real Madrid"in gənc ulduzu Kilian Mbappe zədə səbəbindən mövsümünün sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.
"Real Madrid"in gənc ulduzu Kilian Mbappe zədə səbəbindən mövsümünün sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.
Gundem.today xəbər verir ki, bu barədə "El Chiringuito TV" sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, fransalı hücumçunun zədəsi gözləniləndən daha ciddidir.
Futbolçunun səhhəti ilə bağlı Madrid təmsilçisinin bu gün rəsmi açıqlama yayacağı gözlənilir.
Forvard İspaniya La Liqasında XXXII turun "Real Betis"lə matçının (1:1) 81-ci dəqiqəsində əvəzlənib. Mbappenin sol ayağının dizaltı vətərində zədə olduğu bildirilir.
Qeyd edək ki, fransalı hücumçu dizindəki problemlər səbəbindən fevral-mart aylarında beş görüşü buraxmalı olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanZubir bu yay "Qarabağ"ı TƏRK EDİR?
Bir müddət əvvəl Fransanın məşhur "L'Équipe" nəşri "Qarabağ"ın futbolçusu Abdullah Zubirin mövsümün sonunda komandadan ayrıla biləcəyinə dair iddia irəli sürmüşdü. Bildirilirdi ki, 34 yaşlı vinger artıq Qətərin "Al-Şahaniya" klubu ilə müqavilə şərtlərini razılaşdırıb.
İdman"Liverpul"da ciddi itki: Məhəmməd Salah mövsümü yarımçıq başa vurdu
"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında "Kristal Pelas"la oyunda (3:1) ciddi zədə alması səbəbindən mövsümü yarımçıq başa vurub.
İdmanMəşhur avtomobil yarışında 27 maşın toqquşdu - VİDEO
ABŞ-nin Alabama ştatında NASCAR yarışında avtomobillərin zəncirvari toqquşması baş verib.
İdmanBoks üzrə Azərbaycan millisi Braziliyadakı Dünya Kubokunda ikinci oldu - FOTO
Boks üzrə Azərbaycan millisi Braziliyanın Fos-du-İquasu şəhərində keçirilmiş Dünya Kubokunda komanda hesabında ikinci olub.