
"Roma"da şok ayrılıq: Klaudio Ranyeri Qasperiniyə görə vəzifəsini tərk edir
İtaliyanın "Roma" klubunda mühüm kadr dəyişikliyi gözlənilir.
İtaliyanın "Roma" klubunda mühüm kadr dəyişikliyi gözlənilir.
Gundem.today xəbər verir ki, komandanın idarə heyətinin müşaviri Klaudio Ranyeri yaxın zamanlarda tutduğu postla vidalaşacaq.
Məlumata görə, ayrılıq qərarının pərdəarxasında paytaxt təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini ilə yaranan ciddi gərginlik dayanır. Belə ki, tərəflər klubun transfer siyasəti ətrafında ortaq məxrəcə gələ bilməyiblər. Baş məşqçi mövcud heyətin gücləndirilməməsindən şikayətlənsə də, K.Ranyeri bütün transfer addımlarının qarşılıqlı razılaşma əsasında atıldığını iddia edib. Mövsümün sonuna yaxın komandanın nümayiş etdirdiyi qeyri-sabit nəticələr isə tərəflər arasındakı uçurumu daha da dərinləşdirib.
Qeyd edək ki, hazırda "Roma" A Seriyasında 33 turdan sonra aktivindəki 58 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Xatırladaq ki, Can Pyero Qasperini paytaxt komandasına 2025-ci ilin yayından rəhbərlik edir. Klaudio Ranyeri isə 2024-cü ilin noyabrından 2025-ci ilin iyun ayınadək "Roma"nın baş məşqçisi postunu tutub. Təcrübəli mütəxəssis daha əvvəl 2009-2011 və 2019-cu illərdə də qısa müddətə paytaxt klubunun sükanı arxasında yer almışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAvropa çempionatı: Azərbaycan güləşçisi finala çıxdı
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
İdman"Beşiktaş"ın sabiq futbolçusu qəfil vəfat etdi - FOTO
Türkiyənin "Beşiktaş" klubunun və Nigeriya milli komandasının sabiq futbolçusu Maykl Eneramo vəfat edib.
İdmanTəmkin Xəlilzadə ulduzlarla eyni komandada çıxış edəcək
Futbol üzrə Azərbaycan milli komandasının sabiq oyunçusu Təmkin Xəlilzadə karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.
İdmanİtaliya DÇ-2026-ya İranın yerinə gedə bilərmi? - Donald Trampın CAVABI
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ) İran yığmasının İtaliya millisi ilə əvəzlənməsi ehtimalı ilə bağlı verilən sualı cavablandırıb.