
Roman Abramoviç Britaniyadakı aktivləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi
Rusiyalı iş adamı Roman Abramoviç aktivlərini donduran Britaniya məhkəməsinin hərəkətlərini qeyri-legitim hesab etmək məqsədilə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.
Rusiyalı iş adamı Roman Abramoviç aktivlərini donduran Britaniya məhkəməsinin hərəkətlərini qeyri-legitim hesab etmək məqsədilə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.
Gundem.today bildirir ki, bu barədə "The Times" qəzeti sahibkarın vəkillərinə istinadən xəbər verir.
Söhbət "Çelsi" futbol klubunun satışından əldə olunan gəlirlər də daxil olmaqla, vəsaitlərin bloklanmasından gedir. Nəşr dəqiqləşdirir ki, iddiada Abramoviç Cersi adası hökuməti tərəfindən onun maliyyəsi ilə bağlı başladılan cinayət araşdırmasını ədalətsiz adlandırır.
İş adamının nümayəndəsi qəzetə müsahibəsində vurğulayıb ki, məhkəmə prosesi illərdir ittiham irəli sürülmədən və sübutların tam yoxluğu şəraitində davam edir. Onun sözlərinə görə, hökumət orqanları əsas məlumatları gizlədib və əsas prosessual zəmanətlərə məhəl qoymayıblar. Abramoviçin müdafiəsi bu araşdırmanı qeyri-şəffaf və siyasi motivli hesab edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyə Estoniyada silah zavodu inşa edəcək
Türkiyənin "Arca" hərbi sənaye müəssisəsi Estoniyada minaatan və artilleriya mərmiləri istehsalı üzrə yeni zavod inşa edəcək.
DünyaÇində dəhşətli ölüm: Arıqlama düşərgəsinə gedən şəxs üç gün sonra həyatını itirdi
Çinli bir kişi arıqlamaq üçün getdiyi düşərgədə həyatını itirib.
DünyaXərçəngin aşkarlanması üçün altı adi analiz - Rusiyalı həkimdən maraqlı açıqlama
Klinikalarda verilən 6 adi analiz onkoloji xəstəliklərin ilkin mərhələdə aşkarlanmasına kömək edə bilər.
Dünyaİran parlamentinin sədri Hörmüz boğazının açılması və sülh üçün şərtlər irəli sürdü
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Tehranın Yaxın Şərqdəki münaqişənin deeskalasiyası perspektivləri ilə bağlı mövqeyini ifadə edib. Onun sözlərinə görə, hərbi əməliyyatların tam başa çatması yalnız iqtisadi məhdudiyyətlərin olmadığı şəraitdə mümkündür.