Son dəqiqə
Prezident: "Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır"Bakının bəzi ərazilərində qaz olmayacaqKolumbiya prezidenti Ekvador liderini məhkəməyə verəcəkİlham Əliyev BMT ASİSK-in iştirakçılarına müraciət ünvanlayıbABŞ ordusu Karib dənizində narkotik daşıyan kateri məhv etdi: Ölənlər var - VİDEOMəşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Rusiyada sosial şəbəkələrdə 666 rəqəmini yazanlar cəzalandırıla bilərlər
Rusiyada sosial şəbəkələrdə 666 rəqəmini yazanlar cəzalandırıla bilərlər
Dünya

Rusiyada sosial şəbəkələrdə 666 rəqəmini yazanlar cəzalandırıla bilərlər

Bu gün
06:22
0 baxış
Paylaş:

Rusiyada 666 rəqəminin sosial şəbəkələrdə paylaşılması qanun baxımından satanizmin təbliği kimi qiymətləndirilə bilər. Sözügedən hərəkat Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib.

Rusiyada 666 rəqəminin sosial şəbəkələrdə paylaşılması qanun baxımından satanizmin təbliği kimi qiymətləndirilə bilər. Sözügedən hərəkat Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib.

Gundem.today "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə məhkəmə qərarlarında qeyd olunur.

"Satanistlərin səciyyəvi vizual rəmzlərinə tək və ya cüt dairə daxilində yerləşdirilmiş pentaqram, yeddişaxəli işarə, o cümlədən kompozisiyada Bafomet təsvirinin və 666 rəqəminin yer alması daxildir", - deyə sənəddə bildirilir.

Qeyd olunur ki, Bafomet keçi başlı fiqur kimi təsvir olunur və alnında pentaqram yerləşir.

Məsələn, agentliyin məlumatına görə, Tümen şəhərində yerli sakin sosial şəbəkədə Bafometin şəkillərini, 666 rəqəmini, həmçinin çevrilmiş pentaqramı və qurbanvermə mərasimini paylaşdığına görə min rubl (təxminən 23 manat) cərimə olunub.

Tomsk şəhərində isə inzibati həbs edilmiş şəxsin döymələri arasında, xüsusilə, sol əlinin baş barmağında 666 rəqəminin təsviri aşkarlanıb. Bundan sonra həmin şəxsə əlavə 14 sutka inzibati həbs cəzası verilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Rusiya_Federasiyası#Sosial_şəbəkələr#Satanist

Oxşar Xəbərlər

Kolumbiya prezidenti Ekvador liderini məhkəməyə verəcəkDünya

Kolumbiya prezidenti Ekvador liderini məhkəməyə verəcək

Kolumbiya dövlət başçısı Qustavo Petro narkokartellə ehtimal olunan əlaqələri barədə böhtan atdığı üçün ekvadorlu həmkarı Daniel Noboanı məhkəməyə verəcəyini açıqlayıb.

Bu gün
09:000
ABŞ ordusu Karib dənizində narkotik daşıyan kateri məhv etdi: Ölənlər var - VİDEODünya

ABŞ ordusu Karib dənizində narkotik daşıyan kateri məhv etdi: Ölənlər var - VİDEO

ABŞ ordusu Karib dənizində narkotik maddələrin alverində şübhəli bilinən kateri vurub.

Bu gün
08:460
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıbDünya

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

Avstriyada məşhur "Hipp" markalı uşaq qidası bankalarında siçan zəhəri tapılıb.

Bu gün
08:380
Stresdən xilas olmağın yolu tapıldı - Həftədə 150 dəqiqə kifayətdirDünya

Stresdən xilas olmağın yolu tapıldı - Həftədə 150 dəqiqə kifayətdir

Müntəzəm aerob məşqlər əsas stres hormonu olan kortizolun uzunmüddətli azalması hesabına xroniki stresdən qorumağa kömək edə bilər. Bu nəticəyə Pittsburq Universitetinin alimləri gəliblər.

Bu gün
08:300