
Stresdən xilas olmağın yolu tapıldı - Həftədə 150 dəqiqə kifayətdir
Müntəzəm aerob məşqlər əsas stres hormonu olan kortizolun uzunmüddətli azalması hesabına xroniki stresdən qorumağa kömək edə bilər. Bu nəticəyə Pittsburq Universitetinin alimləri gəliblər.
Müntəzəm aerob məşqlər əsas stres hormonu olan kortizolun uzunmüddətli azalması hesabına xroniki stresdən qorumağa kömək edə bilər. Bu nəticəyə Pittsburq Universitetinin alimləri gəliblər.
Gundem.today Gazeta.ru-ya istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Sport and Health Science (JSHS)" jurnalında dərc olunub.
Klinik tədqiqatda əvvəllər idmanla məşğul olmayan 130 sağlam yetkin iştirak edib. Onlar iki qrupa bölünüblər: birinci qrup bir il ərzində həftədə ən azı 150 dəqiqə aerob məşqlər (sürətli yerimə, qaçış və ya velotrenajorda məşq daxil olmaqla) yerinə yetirib, digər qrup isə əvvəlki həyat tərzini qoruyub saxlayıb.
Stres səviyyəsini qiymətləndirmək üçün alimlər qeyri-adi üsuldan istifadə ediblər - saçda kortizolun analizindən. Qan və ya tüpürcəkdən fərqli olaraq, bu göstərici bir neçə ay ərzində yığılan hormon səviyyəsini əks etdirir və xroniki stresi qiymətləndirməyə imkan verir.
Bir ildən sonra müntəzəm fiziki aktivliklə məşğul olan iştirakçılarda kortizol səviyyəsi nəzarət qrupuna nisbətən daha aşağı olub. Bu isə orqanizmdə ümumi "fon" stresinin azaldığını göstərir.
Qeyd edilir ki, müntəzəm fiziki yüklənmələr ürək-damar və sinir sistemlərini məşq etdirərək onları təkcə fiziki deyil, psixoloji yüklənmələrə qarşı da daha az həssas edir. Nəticədə orqanizm stresli vəziyyətlərə daha sakit reaksiya verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin İran gəmisini necə ələ keçirdiyinin kadrları yayılıb - VİDEO
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İran bayrağı altında hərəkət edən "Touska" adlı yük gəmisinin ələ keçirilməsini əks etdirən video paylaşıb.
DünyaABŞ-nin İran gəmisini necə ələ keçirdiyinin kadrları yayılıb - ANBAAN VİDEO
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İran bayrağı altında hərəkət edən "Touska" adlı yük gəmisinin ələ keçirilməsini əks etdirən video paylaşıb.
DünyaDurov Fransada ona qarşı başladılan cinayət işinin detallarını açıqladı
"Telegram"ın həmtəsisçisi Pavel Durova qarşı Fransada aparılan istintaq çərçivəsində irəli sürülən 10-dan çox ittihamın hər biri on ilə qədər həbs cəzası nəzərdə tutur.
DünyaFloridada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb: Pilot həlak olub
ABŞ-nin Florida ştatındakı Tampa şəhəri yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot həyatını itirib.