Son dəqiqə
Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparırPərvin Quliyevaya vəzifə verildi - FOTOABŞ-nin raket ehtiyatlarının bərpası illər çəkəcəkQadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"Gömrük postunda 243 ədəd mobil telefon aşkar edilibEdqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Yaponiya silah ixracı qaydalarını yumşaldır
Yaponiya silah ixracı qaydalarını yumşaldır
Dünya

Yaponiya silah ixracı qaydalarını yumşaldır

Bu gün
14:48
0 baxış
Paylaş:

Yaponiya silah ixracı ilə bağlı mövcud qaydalarda yumşalmalara gedir.

Yaponiya silah ixracı ilə bağlı mövcud qaydalarda yumşalmalara gedir.

Gundem.today xəbər verir ki, bu barədə "Kyodo News" agentliyi məlumat yayıb.

Bildirilib ki, hökumət xaricə silah satışına icazə vermək məqsədilə hərbi texnika ixracına dair məhdudiyyətlərə yenidən baxıb.

"Nazirlər Kabineti və Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən bu qərar, İkinci Dünya müharibəsindəki məğlubiyyətdən bəri konstitusiyaya əsasən, özünü sülhsevər dövlət kimi mövqeləndirən ölkənin müdafiə siyasətində ciddi bir dəyişiklikdir", - deyə agentlik qeyd edib. Bildirilib ki, bu addım, milli təhlükəsizlik məsələlərində sərt mövqeyi ilə tanınan Sanae Takaiçi hökumətinin, Yaponiyada İkinci Dünya müharibəsinin sonundan bəri ən ağır təhlükəsizlik vəziyyəti adlandırdığı şəraitdə müdafiə sənayesini gücləndirmək səyləri fonunda atılıb.

"Hazırda heç bir ölkə təkbaşına sülh və təhlükəsizliyi təmin edə bilməz, bu səbəbdən müdafiə texnologiyaları kimi sahələrdə bir-birini dəstəkləyən tərəfdaşlara ehtiyac var", - deyə baş nazir bildirib. İndi yalnız beş məqsəd - xilasetmə əməliyyatları, daşınma, xəbərdarlıq, müşahidə və minatəmizləmə - üçün istifadə ediləcək avadanlıqların ötürülməsinə icazə verən əvvəlki məhdudiyyətlər olmadan hər cür texnikanın ixracı mümkün olacaq. Münaqişələrin davam etdiyi ölkələrə ixrac qadağan edilsə də, Yaponiyanın təhlükəsizlik ehtiyaclarını və ABŞ-nin Hind-Sakit okean regionundakı hərbi əməliyyatlarını nəzərə alaraq "xüsusi hallarda" istisnalara yol verilir.

Nazirlər Kabinetinin baş katibi Minoru Kihara vurğulayıb ki, Yaponiya müharibə bitdikdən sonra 80 ildən artıq müddət ərzində formalaşmış sülhsevər dövlət kimi əsas prinsiplərini qoruyub saxlayacaq.

Bildirilib ki, hərbi texnika öldürücü və ya dağıdıcı potensiala malik olub-olmamasından asılı olaraq "silah" və "silah olmayan" kateqoriyalarına bölünəcək. Radiolokasiya sistemləri kimi avadanlıqların ixracı məhdudlaşdırılmayacaq, lakin esmineslər və raketlər daxil olmaqla silahların ixracı yalnız Yaponiya ilə müdafiə texnologiyalarının qorunması haqqında saziş imzalamış ölkələrə mümkün olacaq. Hazırda Tokionun ABŞ və Böyük Britaniya da daxil olmaqla 17 ölkə ilə belə razılaşması var.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Yaponiya#silah_ixracı#hərbi_texnika#müdafiə_siyasəti#milli_təhlükəsizlik#Tokio#silah_satışı#hərbi_sənaye#Kyodo_News#müdafiə_texnologiyaları.

Oxşar Xəbərlər

ABŞ-nin raket ehtiyatlarının bərpası illər çəkəcəkDünya

ABŞ-nin raket ehtiyatlarının bərpası illər çəkəcək

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlar zamanı istifadə etdiyi raket ehtiyatlarının bərpa olunması illər tələb edəcək.

Bu gün
10:360
Trampın "TikTok"da "Qafqaz" mahnısının sədaları altında yeni videosu yayımlanıb - VİDEODünya

Trampın "TikTok"da "Qafqaz" mahnısının sədaları altında yeni videosu yayımlanıb - VİDEO

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə videoçarx yayımlayıb və həmin videonun musiqi müşayiəti kimi "Qafqaz" kompozisiyası seçilib.

Bu gün
10:120
Lyayenin Türkiyə haqqında açıqlaması Avropanı qarışdırdı - Ankara izahat tələb etdiDünya

Lyayenin Türkiyə haqqında açıqlaması Avropanı qarışdırdı - Ankara izahat tələb etdi

Avropa Komissiyası (AK) qurumun sədri Ursula fon der Lyayenin Türkiyə haqqında etdiyi mübahisəli çıxışına görə vəziyyətdən çıxış yolu axtarır.

Bu gün
09:560
ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilibDünya

ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib

Tehran minlərlə raket, pilotsuz aparatlar, eləcə də Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin əsas hissəsi daxil olmaqla əsas hərbi imkanlarını qoruya bilib.

Bu gün
09:480