
Sabah 23 dərəcə isti olacaq - 07.05.2026
Mayın 7-də gözlənilən atmosfer şəraiti açıqlanıb.
Mayın 7-də gözlənilən atmosfer şəraiti açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Temperatur gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv yağış, bəzi yerlərdə arabir duman olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Bölgələrdə havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakının mərkəzi prospektində "Qırat" Koroğlunu "axtarır" - VİDEO
Bakıda nəqliyyatın hərəkətinin intensiv olduğu Heydər Əliyev prospektində sahibsiz atın hərəkət zolağına çıxması sürücülərin təəccübünə və narahatlığına səbəb olub.
CəmiyyətAQTİ-nin departament direktoru işdən çıxarıldı - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) departament direktoru işdən çıxarılıb.
CəmiyyətNərimanovda dondurulmuş yarımfabrikatların emalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 61 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rasim Abdulla oğlu Ağcayevə məxsus dondurulmuş yarımfabrikatların emalı müəssisəsində yoxlama keçirilib.
CəmiyyətNaxçıvanda tanınmış həkim vəfat etdi - FOTO
Naxçıvanda qastroenteroloq-endoskopist Paşa Rəcəblinin vəfat edib.