
Sabirabadda Kür çayının məcrasından çıxması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
"Hazırda Sabirabad rayonunda Kür çayının səviyyəsinin artması insanlarda təşviş doğurmamalıdır".
"Hazırda Sabirabad rayonunda Kür çayının səviyyəsinin artması insanlarda təşviş doğurmamalıdır".
Bu fikirləri Gundem.today-a açıqlamasında Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov deyib.
O qeyd edib ki, hazırda vəziyyət tam nəzarət altındadır və ciddi narahatlığa əsas yoxdur:
"Hazırda təhlükəli vəziyyət yoxdur. Yalnız suyun səviyyəsi daha 3.5-4 metr artarsa, bəndin yarılması ilə bağlı təhlükə yarana bilər. Hər şey nəzarət altındadır. 2010-cu ildə Sabirabad daşqın fəlakətini yaşayıb, lakin indi, şükürlər olsun ki, elə bir hal yoxdur. Sakinləri narahat olmamağa çağırırıq".
Sabirabad rayonunun Suqovuşan ərazisində Kür çayının səviyyəsinin kəskin artması suyun məcradan çıxmasına səbəb olub.
Gundem.today "Report"a istinadən xəbər verir ki, son günlər yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin xeyli yüksəlməsinə səbəb olub.
Nəticədə Kür və Araz çaylarının qovuşduğu ərazi yaxınlığında çay öz məcrasından çıxaraq sahilboyu yerləşən Tuğay meşələri istiqamətində yayılmağa başlayıb.
Hadisənin baş verdiyi əraziyə yaxın zonada restoranların yerləşdiyi bildirilir. Hazırda suyun həmin istiqamətdə axını müşahidə olunur.
Sabirabad rayon fövqəladə hallar komissiyasından bildirilib ki, mövcud vəziyyət nəzarət altındadır. Qurumun açıqlamasına əsasən, çayın məcrasından çıxmasına baxmayaraq, hələlik ciddi təhlükə gözlənilmir. Belə ki, suyun səviyyəsi mühafizə bəndindən təxminən iki metr aşağıda qalır.
Aidiyyəti qurumlar tərəfindən ərazidə monitorinqlər davam etdirilir, vəziyyətin sabit saxlanılması üçün zəruri qabaqlayıcı tədbirlər görülür. Ehtiyac yaranacağı təqdirdə əlavə texnika və canlı qüvvənin cəlb olunacağı bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBəzi ilkin qablaşdırılmalar 5 illik müddətə idxal gömrük rüsumundan azad edilib
Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Cəmiyyətİsmayıllıda sel suları yolu dağıdıb, dörd kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
Son günlər yağan intensiv yağışların yaratdığı fəsadlar səbəbindən İsmayıllıda dörd kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
CəmiyyətRamin Qurban nazirlikdə yüksək vəzifəyə gətirildi
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.
CəmiyyətVüqar Hüseynov vəzifəsindən azad edildi
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad edilib.