Şahin Bağırovdan "Temu" bağlamalarının gecikmə səbəbi ilə bağlı AÇIQLAMA
"Ölkəmizdə "Temu" ilə bağlı 300 dollar mövcud limit mövcuddur. Bu limitdə dəyişiklik edilməyəcək. Qonşu ölkələrə baxsaq, Türkiyə, Avropa və s. dövlətlərdə limitlər azaldılıb və ya ləğv olunub. Amma bizim ölkədə limit dəyişmir".

Gundem.today xəbər verir ki, sözügedən məsələ barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov çıxışında qeyd edib.
O bildirib ki, vətəndaşlar bir ay ərzində bu limitdən istifadə edirlər:
"Bizdə 1.2 milyon insan elektron ticarətlə məşğul olur. Bu 2025-ci ilin statistikasıdır. 18 milyon da gömrük bəyannaməsi olub. Elektron ticarətin həcmi artıb. Bəzən insanlar elektron ticarət mövzusunda sui-istifadə hallarına yol verirlər. Yəni bir adam özünün ticarət etdiyi həcmdə mal alır və hissələrə bölür, ya da müxtəlif insanların adına bölərək gətirir.
"Temu" məsələsinə gəldikdə isə, Azərbaycanda birdən-birə "Temu"dan alınan yüklərin həcmi artdı. Bizə elektron məlumat verilmədən, birdən-birə süni şəkildə yüklər gətirilib hava limanına qoyuldu. Hava limanına gələn əmlakı isə yoxlamaq lazımdır. Birdən birə yüklər 400 tona qalxdı. Bunu yoxlamaq lazımdır. Başqa məqsədlər üçün də gətirilə bilər. Biz dəqiqliklə yoxlamasaq, deyəcəklər gömrük baxmır.
"Temu" ilə bağlı məsələ isə iki həftə ərzində həll oldu. "Temu"dan gətirilən məhsulların gömrük gecikməsi oldu, amma artıq öz resurslarımızla o məsələni həll etdik".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatŞahin Bağırov: "Temu" ilə bağlı mövcud limitdə dəyişiklik edilməyəcək"
"Ölkəmizdə "Temu" ilə bağlı 300 dollar mövcud limit mövcuddur. Bu limitdə dəyişiklik edilməyəcək. Qonşu ölkələrə baxsaq, Türkiyə, Avropa və s. dövlətlərdə limitlər azaldılıb və ya ləğv olunub. Amma bizim ölkədə limit dəyişmir".
İqtisadiyyatDeputat: "Min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?"
"Min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?"
İqtisadiyyat"Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda tədbir keçirilib - FOTO
"Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda tədbir keçirilib.
İqtisadiyyatGömrükdə yeni MƏHDUDİYYƏTLƏR: Malların saxlanma müddəti AZALDILIR
Malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi fiziki şəxslər tərəfindən təqdim edilən sadələşdirilmiş bəyannamə və gömrük orqanları tərəfindən tərtib olunan akt əsasında həyata keçiriləcək.