Son dəqiqə
Makron Ermənistana rəsmi səfər edəcək"Kəpəz"dən gələcəyə yatırım: İki gənc istedadla peşəkar müqavilə imzalandıTramp İran liderlərini qadınları həbsdən buraxmağa çağırdıMasazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır" - VİDEOİran dünya çempionatında iştirak üçün ŞƏRT KƏSDİABŞ-yə məxsus hərbi təyyarə Hörmüz boğazına yaxınlaşır: Bölgədə diqqətçəkən hərəkətlilik
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Satmaq öhdəliyi ilə kirayə: Mənzil təklifləri tələbə uyğunlaşdırılmalıdır - ARAŞDIRMA
Satmaq öhdəliyi ilə kirayə: Mənzil təklifləri tələbə uyğunlaşdırılmalıdır - ARAŞDIRMA
Cəmiyyət

Satmaq öhdəliyi ilə kirayə: Mənzil təklifləri tələbə uyğunlaşdırılmalıdır - ARAŞDIRMA

Bu gün
16:44
0 baxış
Paylaş:

Daşınmaz əmlak bazarında son illərin qiymət dinamikası Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Abşeron rayonunun qəsəbələrində mənzillərin və fərdi yaşayış evlərinin əhəmiyyətli dərəcədə bahalaşdığını göstərir. Yaranmış şəraitdə ödəmə qabiliyyəti aşağı olan, az və ortagəlirli vətəndaşlar özlərinin mənzil şəraitini yaxşılaşdırmaq üçün daha çox dövlətin təqdim etdiyi yaşayış maliyyəsi alətlərinə üz tuturlar. Əksər hallarda onlar bu arzularını ipoteka kreditindən və ya satmaq öhdəliyi ilə

Daşınmaz əmlak bazarında son illərin qiymət dinamikası Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Abşeron rayonunun qəsəbələrində mənzillərin və fərdi yaşayış evlərinin əhəmiyyətli dərəcədə bahalaşdığını göstərir. Yaranmış şəraitdə ödəmə qabiliyyəti aşağı olan, az və ortagəlirli vətəndaşlar özlərinin mənzil şəraitini yaxşılaşdırmaq üçün daha çox dövlətin təqdim etdiyi yaşayış maliyyəsi alətlərinə üz tuturlar. Əksər hallarda onlar bu arzularını ipoteka kreditindən və ya satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalanmaqla reallaşdırırlar.

Qeyd edək ki, bu il həm adi, həm də güzəştli ipoteka kreditləri üzrə limitlər mart ayında ayrılıb və vətəndaşların bir qismi artıq bu imkandan yararlanıb. Lakin açıq mənbələrdən əldə edilən məlumatların təhlili tələbatın daha yüksək olduğunu göstərir. Bu isə təkcə ipoteka kreditinə deyil, həmçinin satmaq öhdəliyi ilə kirayə mexanizminə tələbi artırır.

Cari ilin I rübündə Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 235 müqavilə rəsmiləşdirilib. Sonuncu dəfə mənzillər 2026-cı ilin yanvar ayında vətəndaşların seçiminə təqdim olunub. Halbuki Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən hər gün 100-ə yaxın şəxs kirayə mənzil üçün müraciət edir. Bu baxımdan, kirayə mənzil mexanizmi çərçivəsində yaşayış sahələrinin vətəndaşların seçiminə müntəzəm qaydada təqdim edilməsi yüksək tələbin qarşılanmasına xidmət edə bilər.

Gundem.today xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Report"a açıqlanmasında son illər daşınmaz əmlak bazarında qeydə alınan qiymət artımı aşağı və orta gəlirli ailələrin şəxsi yığımları hesabına mənzil almasını çətinləşdirdiyini bildirib.

"Hökumət tərəfindən vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bir neçə istiqamətdə fəaliyyət həyata keçirilir. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi mənzillər, həmçinin ənənəvi ipoteka kreditləşməsi vətəndaşların mənzilə əlçatanlığının təmin edilməsinin əsas istiqamətlərindəndir. Son illər İpoteka və Kredit Zəmanət Fondu (İKZF), həmçinin kirayə mənzil mexanizmini təqdim edir. Bu mexanizmin əsas üstünlüyü ilkin yığımları az olan vətəndaşların uzunmüddətli və aşağı xərclə mənzil şəraitinin yaxşılaşdırılmasından ibarətdir", - deyə ekspert bildirib.

R.Osmanlı vurğulayıb ki, daşınmaz əmlak bazarında aylıq kirayə qiymətləri daim artsa da, İKZF-nin təqdim etdiyi layihədə aylıq kirayə ödənişi 25 il ərazində sabit qalır:

"Belə olduqda, dövlət mexanizmi ilə verilən layihədə kirayə haqları bazardakı qiymətdən aşağı olur, üstəlik kirayə haqqı ödənilməklə sonda bu mənzil vətəndaşın özünə qalır".

Onun sözlərinə görə, hazırda əmlak bazarında tələb-təklif arasında böyük fərq mövcuddur və yuxarıda sadalanan mexanizmlər mövcud tələbi yalnız qismən qarşılaya bilir. Bu baxımdan ekspert kirayə mənzil mexanizmi çərçivəsində yaşayış sahələrinin satışa təqdim edilməsinin mütəmadi və davamlı xarakter almasını və daha çox mənzilin vətəndaşların ixtiyarına verilməsini məqsədəuyğun sayır.

Kirayə mənzil üçün müraciət edən vətəndaşlar da layihə çərçivəsində yaşayış sahələrinin daha intensiv şəkildə satışa çıxarılmasını vacib sayırlar. Rəyləri öyrənilən sorğu iştirakçıları həmin mexanizmin onlar üçün əlverişli olduğunu vurğulayırlar. Respondentlər mənzillərin güzəştli şərtlər əsasında təklif edilməsini, həmçinin yaşayış sahələrinin təmirli vəziyyətdə təhvil verilməsini müsbət cəhət kimi qeyd edirlər. Onların sözlərinə görə, bu mexanizm cəmi 12 aylıq kirayə haqqını qabaqcadan ödəməklə öz mənzilinə köçmək imkanı verir ki, bu da xüsusilə gənc ailələr üçün cəlbedicidir. Yeri gəlmişkən, kirayə mənzil mexanizmi çərçivəsində yaşayış şəraitini yaxşılaşdıranların 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Məsələ ilə bağlı İKZF-dən bildirilib ki, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminin əsas məqsədi şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzilə əlçatanlığının artırılması və mənzil təminatının yaxşılaşdırılmasıdır. Ötən müddətdə bu mexanizm çərçivəsində 9 300-dən çox ailənin mənzil şəraiti yaxşılaşıb. Fonddan qeyd ediblər ki, mexanizmə olan maraq ildən-ilə artır ki, bu da həm elektron müraciətlərin, həm də bağlanan kirayə müqavilələrin sayında özünü göstərir.

2025-ci ildə kirayə üsulu ilə mənzil almaq üçün daxil olan müraciətlərin sayı 2.5 dəfədən çox artaraq 31 mini keçib, rəsmiləşdirilən kirayə müqavilələrinin sayı isə 2024-cü illə müqayisədə 50%-dən çox artaraq 2 813 ədəd təşkil edib. Tələbin yüksək, şərtlərin isə əlverişli olması mənzillərin seçimə təqdim edildikdən dərhal sonra vətəndaşlar tərəfindən seçilməsi ilə nəticələnir.

Fonddan bildirilib ki, kirayə mexanizmi çərçivəsində indiyə qədər Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə ümumilikdə 17 müxtəlif ünvanda vətəndaşlara mənzillər təklif edilib. İKZF-dən, həmçinin qeyd olunub ki, 2026-cı ilin qarşıdakı aylarında da yeni mənzillərin təqdim olunması nəzərdə tutulur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#daşınmaz_əmlak_bazarı#mənzil_qiymətləri#satmaq_öhdəliyi_ilə_kirayə#ipoteka_krediti#İKZF#güzəştli_mənzil#gənc_ailələr_üçün_ev#mənzil_şəraitinin_yaxşılaşdırılması#Bakı_mənzil_bazarı#Sumqayıt_əmlak#Abşeron_ev_qiymətləri#dövlət_ipotekası

Oxşar Xəbərlər

Masazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır" - VİDEOCəmiyyət

Masazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır" - VİDEO

Masazır qəsəbəsinin sakinləri yaşadıqları ərazidə yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.

Bu gün
18:340
Bakı-Quba yolunda bir maşın qarğıdalı YOLA TÖKÜLÜB - VİDEOCəmiyyət

Bakı-Quba yolunda bir maşın qarğıdalı YOLA TÖKÜLÜB - VİDEO

Bakı-Quba avtomobil yolunda maşından dağılan qarğıdalı dənələri sürücülərin diqqətini çəkib.

Bu gün
18:200
Qubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" - VİDEOCəmiyyət

Qubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" - VİDEO

Quba rayonunun ucqar yaşayış məntəqələrindən biri olan Məckəxacə kəndinin sakinləri uzun illərdir mavi yanacaq üzünə həsrətdirlər.

Bu gün
18:080
Görmədilər, yoxsa görmək istəmədilər?Cəmiyyət

Görmədilər, yoxsa görmək istəmədilər?

Kubra Məhərrəmova yazır...

Bu gün
18:000