
"Satoşi dövrünün" "kriptokiti" 150 milyon dollarlıq "Bitcoin" köçürüb
"Satoşi Nakamoto dövrünə" aid edilən naməlum "kriptokit" təxminən 150 milyon dollar dəyərində "Bitcoin" köçürüb.
"Satoşi Nakamoto dövrünə" aid edilən naməlum "kriptokit" təxminən 150 milyon dollar dəyərində "Bitcoin" köçürüb.
Gundem.today "Bitinfocharts" portalına istinadən xəbər verir ki, aprelin 15-də həmin investorun cüzdanından dörd tranzaksiya ilə ümumilikdə 2 000 BTC çıxarılıb. Analitiklər bu əməliyyatların kriptovalyutanın satışına hazırlıq ola biləcəyini ehtimal edirlər.
Qeyd olunur ki, sözügedən vəsaitlər 2011-ci ildə - "Bitcoin"in qiymətinin hələ 0.4 dollardan aşağı olduğu vaxtda toplanıb. Hazırda həmin aktivlərin dəyəri yüzminlərlə dəfə artıb.
Xatırladaq ki, "Satoşi dövrü" kriptovalyutaların formalaşma mərhələsi hesab olunur və "Bitcoin"in anonim yaradıcısının yoxa çıxması ilə başa çatıb. Mütəxəssislərin fikrincə, bu cür iri köçürmələr bazarda "balina" hesab olunan böyük investorların aktivliyinin artmasından xəbər verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünyanın ən varlı daşınmaz əmlak sahibinin adı açıqlandı
"Zara" brendinin sahibi Amansio Orteqa qlobal miqyasda daşınmaz əmlak sektorunda ən böyük sərvətin sahibinə çevrilib.
DünyaABŞ məşhur avtomobil şirkətlərini silah istehsalına cəlb etmək istəyir
ABŞ Administrasiyası silah istehsalında ölkənin avtomobil istehsalçılarının köməyindən faydalanmaq niyyətindədir.
DünyaTürkiyədə məktəblərə silahlı hücumla əlaqədar həbs dalğası: Saxlanılanlar arasında 6 uşaq da var
Şanlıurfada və Kahramanmaraşda məktəblərə silahlı hücumlardan sonra rəqəmsal platformalarda törədilən cinayətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılanlar arasında yetkinlik yaşına çatmayan 6 uşaq da var.
DünyaABŞ-nin növbəti hədəfi - Həyəcanlı açıqlama
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın Amerika Birləşmiş Ştatlarının növbəti hədəfi ola biləcəyini istisna etməyib.