
"Mədəniyyət evi", yoxsa xarabalıq? - VİDEO
Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən mədəniyyət evi bərbad vəziyyətə düşüb. Bir zamanlar kütləvi tədbirlərin keçirildiyi mədəniyyət ocağı hazırda qəzalı vəziyyətdədir.
Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən mədəniyyət evi bərbad vəziyyətə düşüb. Bir zamanlar kütləvi tədbirlərin keçirildiyi mədəniyyət ocağı hazırda qəzalı vəziyyətdədir.
Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Baxımsızlıq səbəbindən binanın pəncərələri sınıb, qapı və döşəmələri çürüyüb, divarlarında isə dərin çatlar yaranıb. Dam örtüyü sıradan çıxdığı üçün yağıntı suları tavanın aşınmasına səbəb olub. Binanın zal hissəsi isə tullantılarla dolub.
Sözügedən vəziyyətlə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, mədəniyyət müəssisələrinin dayanıqlığının və xidmət səviyyəsinin ölçülməsi üçün mütəmadi monitorinqlər aparılır:
"Monitorinqlərin nəticələri əsasında müəssisələrin fəaliyyəti qiymətləndirilir. Yeni mədəniyyət infrastrukturunun qurulması məqsədilə prioritetlər müəyyənləşdirilir və müvafiq layihələr hazırlanır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQərbi Azərbaycanın Novruz sirləri: "Yalan yuma" mərasimi və cıdır tamaşaları - VİDEO
Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
CəmiyyətYağışlı havada piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Yağışlı havada sürücülərin sürəti artırması piyadalar üçün ciddi problemə çevrilir.
Cəmiyyətİntensiv yağışların fəsadı: Bibiheybət yolunda uçqun: - VİDEO
Bakıda Bibiheybət qəbiristanlığının qarşısından keçən yolda torpaq uçqunu olub.
CəmiyyətBakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO
Bakıda qayda pozan, təhlükəli manevrlər edən motosiklet sürücüsü ilə bağlı araşdırma aparılıb.