
Şəhid ailələri üçün tikilən bina TƏHLÜKƏDƏ - VİDEO
Üç binanın zirzəmisinə 18 gündür fasiləsiz su dolur.
Üç binanın zirzəmisinə 18 gündür fasiləsiz su dolur.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər suyu nasoslar vasitəsilə təmizləməyə çalışsalar da, suyun səviyyəsi artmaqda davam edir.
Söhbət paytaxt Bakının Sabunçu rayonu, Savalan yaşayış massivində qazi və şəhid ailələri üçün inşa edilmiş yaşayış kompleksindən gedir.
Sakinlər bildirirlər ki, günlərdir davam edən problem onların həyat və yaşayış şəraitini çətinləşdirib.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Leyla Bədirbəyli küçəsində yerləşən 12 binadan ibarət yaşayış kompleksində 3 binanın zirzəmisinə yığılan suların kənarlaşdırılması məqsədilə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən nasos quraşdırılıb və hazırda işlək vəziyyətdədir.
Həmçinin qeyd olunub ki, rayonun Bakıxanov qəsəbəsi, Sabunçu qəsəbəsi və Zabrat qəsəbəsinin bir hissəsi istisna olmaqla, digər ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından, aramsız yağıntılar zamanı məişət, yağış və qrunt sularının kənarlaşdırılmasında çətinliklər yaranır. Bu şəbəkənin qurulması aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Dövlət Proqramları çərçivəsində həyata keçirilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirilib ki, sözügedən ünvana Sabunçu Rayon Sukanal İdarəsinin briqadası tərəfindən baxış keçirilib. Xətlər yoxlanılıb, hər hansı su və ya kanalizasiya xəttində axıntı aşkarlanmayıb. Həmçinin şikayət əsasında zirzəmidəki sudan nümunə götürülüb. Analizin nəticəsinə görə, zirzəmiyə dolan suyun qrunt suyu olduğu müəyyənləşdirilib və sakinlərə bununla bağlı məlumat verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPaytaxtın bəzi ərazilərində işıq olmayacaq
Paytaxtın Sabunçu rayonunun Maştağa və Ramana qəsəbələrinin, eləcə də Savalan daş karxanası yaşayış ərazisinin bir hissəsində bu gün saat 12:00-dan 16:00-dək elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
CəmiyyətMetro qatarları arasında interval niyə səkkiz dəqiqəni keçib? - FOTO
Bu gün səhər saatlarında metro qatarlarının gecikdiyi bildirilib.
CəmiyyətPaytaxtda sıxlıq olan küçələrin SİYAHISI - FOTO - 16.04.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
CəmiyyətAvtomobilin mühərrikində yaranan səslər nəyin xəbərçisidir? - Mütəxəssis rəyi
Rusiyalı ekspert Vladimir Baxarev mühərrikdə yaxınlaşan nasazlığın əsas əlamətlərini açıqlayıb.